» » Ekspert: "Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərə bilər"

Ekspert: "Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərə bilər"

 Ekspert: "Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərə bilər" "Rusiya təyyarəsi vurulandan sonra belə Rusiya və Türkiyə arasında diplomatik əlaqələr dayandırılmadı. Məsələn, Türkiyənin Rusiyadakı, Rusiyanın Türkiyədəki səfirləri geri çağırılmadı".
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda müzakirələr zamanı söyləyib.
Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru deyib ki, Rusiyanın Türkiyəyə, Türkiyənin isə Rusiyaya ehtiyacı var: "Rusiya və Türkiyə arasında müəyyən məsələlərlə bağlı fikir ayrılıqları olduğu sirr deyil. Məsələn, Suriya, Ukrayna məsələsində mövqelərimizin fərqli olduğu, anlaşa bilmədiyimiz sirr deyil. Ancaq hər iki ölkənin bir-birinə ehtiyacı var".
Ə. Usul bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərə bilər.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930