» » Baş nazir helikopterdə çətin anlar yaşayıb

Baş nazir helikopterdə çətin anlar yaşayıb

Baş nazir helikopterdə çətin anlar yaşayıbTürkiyə Baş naziri Binəli Yıldırımın olduğu helikopter Muş vilayətində hava limanına eniş edə bilməyib. Türkiyə mediası xəbər verir ki, buna səbəb ərazidəki qatı duman olub.
Türkiyə Baş Nazirliyinin məlumatına görə, aeroporta enə bilməyən helikopter Muş stadionuna yönəlib.
Lakin 3 dəfə edilən cəhdə baxmayaraq, burada da yerə enmək mümkün olmayıb.
Daha sonra isə Vanın Tatvan mahalına uçan helikopter orada Kale məhəlləsində boş əraziyə eniş edib.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031