» » NATO-nun baş katibi: “Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”

NATO-nun baş katibi: “Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”

NATO-nun baş katibi: “Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları bərpa etməyə çağırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Y.Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bildirib.

“Gərginliyin qarşısını almaq vacibdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”, deyə Y.Stoltenberq qeyd edib.

O həmçinin vurğulayıb ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031