» » Milli Məclisin komitə sədri: "Bu təxribatlar ermənilərin ənənəvi, köhnə taktikalarıdır"

Milli Məclisin komitə sədri: "Bu təxribatlar ermənilərin ənənəvi, köhnə taktikalarıdır"

Milli Məclisin komitə sədri: "Bu təxribatlar ermənilərin ənənəvi, köhnə taktikalarıdır""Bu təxribatlar ermənilərin ənənəvi, köhnə taktikalarıdır". Bunu cəbhədəki son durumu şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.


O qeyd edib ki, Ermənistan hakimiyyətinin məqsədi cəbhədə vəziyyəti gərginləşdirmək və bununla daxildə, o cümlədən beynəlxalq aləmdə hansısa dvident əldə etməkdir: "Ermənistanda seçkiqabağı vəziyyəti hamı bilir. "Dövlət sistemi" iflasa uğrayıb. Sarkisyan rejimi məhz diqqəti daxili problemlərdən yayındırmaq, insanları hakimiyyəti ətrafında toplamaq üçün cəbhədə belə təxribatlar törədir".


Millət vəkili bildirib ki, bu yaxınlarda qondarma "Dağlıq Qarabağ Respublikasında" qondarma "referendum" keçirilib: "ONların bu cəhdi tamamilə iflasa uğradı. Azərbaycanın atdığı addımlarla referendum rədd edildi, dünya tərəfindən tanınmadı. Bu biabırçılığı da ört-basdır etmək üçün cəbhədə hansısa formada vəziyyəti gərginləşdirirlər".


S. Seyidov ermənilərin təxribatının bir səbəbinin də Azərbaycan prezidentinin Münhen Beynəlxalq Təhlükəsizlik Konfransındakı uğurlu iştirakı ilə əlaqələndirib: "Həm o konfransda, həm də müxtəlif beynəlxalq görüşlərində, beynəlxalq mediaya açıqlamalarında Azərbaycan prezidenti Ermənistanın başında dayanan cinayətkar dəstəni tamamilə ifşa edir. Bu gün dünya Ermənistanın apardığı işğalçı siyasəti tamamilə başa düşür".

"Hazırda Ermənistanın apardığı informasiya təxribatı, şantaj, guya Azərbaycanın hücuma keçməsi ilə bağlı yalançı açıqlamalar növbəti təxribatdır. Bu növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaqdır. Bunun səbəbi isə Ermənistanın gücsüzlüyüdür. Təxribat yaradıb, sonra hay-küy salmaq istəyirlər. Bu, Ermənistanın yeganə ümididir. Əminəm ki artıq beynəlxalq qurumlar da Ermənistanın bu siyasətini anlayırlar".
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930