» » Latviya seyminin sədri: “Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri bərpa etməsi müsbət haldır”

Latviya seyminin sədri: “Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri bərpa etməsi müsbət haldır”

Latviya seyminin sədri: “Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri bərpa etməsi müsbət haldır” “Şox şadam ki, səfərim ərəfəsində Azərbaycan Avropa Parlamenti ilə münasibətləri yenidən qurur. Bu, olduqca müsbət haldır”.
Bunu Azərbaycanda səfərdə olan Latviya seyminin sədri İnara Murnietse deyib.
Azərbaycana səfərinin məqsədi barədə danışan seym sədri deyib ki, bu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlıdır: “Biz Avropa İttifaqının üzvü olaraq Şərq tərəfdaşlığı məsələsini daim diqqətdə saxlayırıq. Latviya 2015-ci ildən etibarən Avropa İttifaqı şurasına rəhbərlik edir. Rəhbərlik müddətində Şərq tərəfdaşlığı ölkələri ilə münasibətləri yüksək səviyyədə izləməyə çalışırıq”.
İnara Murnietse bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə xalqlar arasındakı münasibətləri, bundan başqa, iqtisadi, təhsil, sosial sahədə əlaqələri inkişaf etdirmək barədə müzakirələr aparıblar: “Latviya dəniz və hava nəqliyyatı sahəsində tranzit mövqedə yerləşdiyi üçün Azərbaycanla bu sahədə də münasibətləri inkişaf etdirə bilərik”.
Latviya seyminin sədri İnara Murnietsenin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031