» » “Qarabağ ermənilərə məzar olacaq” deyən türkə – Cinayət işi açıldı

“Qarabağ ermənilərə məzar olacaq” deyən türkə – Cinayət işi açıldı

“Qarabağ ermənilərə məzar olacaq” deyən türkə – Cinayət işi açıldıNiderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına qarşı erməni diasə bir aydan az vaxt qalıb.Cinayət işinin açılmasına səbəb onun 2014-cü ildə Hollandiyanın Almado şəhərində “erməni soyqırımı” abidəsinin tikilməsinə etiraz olaraq etdiyi çıxışı olub.

Qeyd edək ki, İlhan Aşkına Hollandiya cinayət məcəlləsinin 137d maddəsi ilə cinayət işi açılıb. O, rasizmdə ittiham olunur.
Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzinin (DABKM) sədri Hikmət Cavadov isə təcili şəkildə hərəkətə keçmək lazım olduğunu bildirir:
“Bu məhkəmə prosesi dünyadakı bütün Azərbaycan diaspor təşkilatlarına qarşıdır. Hazırda yanlış addım atmamaq üçün İlhan Askının vəkili ilə məsləhətləşmələr aparırıq. Yeri gəlmişkən, Avropada vəkil xidməti bahalıdır və bu məsələdə mütləq maddi yardım göstərmək gərəkdir. Bir daha təkrar edirəm ki, bu, ümümmilli məsələdir və həmkarımız tək bir şəxslə deyil, oradakı erməni diasporu ilə üz-üzədir. Lazım gəldiyi halda dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarından və eləcə də, bizə yaxın mövqedə olan beynəlxalq təşkilatlardan məhkəməyə müraciətlər ünvanlanmalıdır. Bu işdə milli mətbuatımızın aktivliyinə də böyük ehtiyac var. Prosesi uduzduğumuz halda düşmən diasporu bu qərardan dünyanın hər yerində haqq mövqeyimizə qarşı istifadə edəcək. Dünya Azərvaycanlılarının Beynəlxalq Diaspor Mərkəzi bütün təşkilatlarımızı birgə aktivliyə çağırır. Diaspor fəaliyyəti heç də bayramlarda xonça bəzəyib konsertlər keçirmək, qarşılıqlı təriflər və alqışlarla müşayiət olunan toplantılar təşkil etməkdən ibarət deyil”.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728