» » Bakıda AŞPA-nın komitə iclası keçiriləcək

Bakıda AŞPA-nın komitə iclası keçiriləcək

Bakıda AŞPA-nın komitə iclası keçiriləcək Bakıda Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası keçiriləcək.

AŞPA-nın verdiyi məlumata görə, iclas martın 15-16-da olacaq. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda da toplantıda iştirak edəcək. O, “Fövqəladə qaçqın hallarının maliyyələşməsi yollarının inkişafı”na dair hesabat təqdim edəcək və bunun əsasında qətnamə qəbul olunacaq.

Yığıncaqda bir sıra digər hesabatlar da dinləniləcək, həmməruzəçilər təyin ediləcək.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031