dini radikalizm və ekstremizmlə mübarizə

Putinlə Makronun danışığının stenoqramı YAYILDI - Fransa məxfiliyi pozmaqda İTTİHAM OLUNDU


Müharibənin başlamasına dörd gün qalmış Putin və Makron arasındakı söhbətin stenoqramı yayılıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, İki liderin söhbətinin görüntüləri Fransa Prezidentini beş ay ərzində lentə alan fransız jurnalist Qi Laqaşın sənədli filmində yer alıb.

Paris Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığının məxfiliyini pozaraq, onu sənədli filmin bir hissəsinə çevirib.

Fransaya qarşı belə bir ittihamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” kanalında “Vladimir Solovyovla bazar günü axşamı” verilişinin efirində səsləndirib. Məsələnin fraqmenti diplomatın Telegram kanalında dərc olunub.

“Ən yüksək səviyyədə zənglər ediləndə, əlbəttə ki, məxfi olmalıdır, təbii ki, bunlar qapalı danışıqlardır. Belə ki, məlum olub ki, bir neçə ay əvvəl Makron Rusiya Prezidentinə birbaşa kabinetdə və birbaşa bu telefon danışığının baş verdiyi masanın başında zəng edəndə səs dinamikaya qoyulub, belə çıxır ki, bütün söhbətlər jurnalist kamerası tərəfindən qeydə alınıb, – deyə Zaxarova bildirib.

O deyib ki, dövlət başçılarının söhbəti qeydinin ictimaiyyətə açıqlanması Fransada “diplomatiya” sözünün necə başa düşüldüyünə bir nümunədir.

İyulun 1-də Fransanın “France 2” telekanalının Putinlə Makron arasında aparılan danışıqlardan bəhs edən film nümayiş etdirdiyi bildirilib. Əvvəlcə sənədli filmin müəllifləri filmin Fransanın Avropa İttifaqı Şurasına sədrliyindən bəhs edəcəyini planlaşdırsalar da, sonradan diqqət Ukrayna böhranının həlli cəhdlərinə yönəldilib. Filmin əsas məqamı Ukraynada xüsusi hərbi əməliyyatın başlamasına dörd gün qalmış Rusiya və Fransa liderləri arasında qeydə alınan söhbət olub.

Rusiyanın Ukrayna ərazisində xüsusi əməliyyatının başlaması fevralın 24-də elan edilib.

Oxunub: 261
Oxşar xəbərlər
SON XƏBƏRLƏR