dini radikalizm və ekstremizmlə mübarizə

Bayden onu Azərbaycana səfir təyin edir


ABŞ Prezidenti Co Bayden ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Mark V. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir.

Əvvəllər o, ABŞ-ın Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Bundan əlvə o, Varşava, Nassau, Nikosiya və Bağdad şəhərlərində siyasi məsləhətçi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerin səlahiyyət müddəti cari ilin iyul ayında başa çatacaq.

Oxunub: 507
Oxşar xəbərlər
SON XƏBƏRLƏR