dini radikalizm və ekstremizmlə mübarizə

Nazarbayev Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Nazarbayev Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Djb.az-ın APA-ya istinadən xəbərinə görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz dövlət başçısı kimi atanız – mənim dostum Heydər Əliyevin başlatdığı işi davam etdirərək xalqın rifahının yüksəldilməsində, ölkənin iqtisadiyyatının inkişafında və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində böyük nailiyyətlər əldə etmisiniz.

Ölkənizin ərazi bütövlüyünün bərpası xüsusi sevinc doğurmuşdur. Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasında Sizin səyləriniz regionda təhlükəsizliyə və sabitliyə töhfə verir.

Azərbaycanın parlaq gələcəyi, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərə uyğun olaraq məqsəd və planların uğurla reallaşdırılması üçün məsul işinizdə Sizə uğurlar arzulayıram.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanan hərtərəfli strateji tərəfdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə dinamik şəkildə yüksələcək və inkişaf edəcəkdir.

Sizinlə görüşlərimizi həmişə səmimiyyətlə xatırlayıram, münasibətlərimizin gələcəkdə də davam edəcəyinə ümidvaram.

Hörmətli İlham Heydər oğlu, yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.

Oxunub: 1 247
Oxşar xəbərlər
SON XƏBƏRLƏR