» » Deputat: "Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam tarixi-siyasi əhəmiyyətə malikdir”

Deputat: "Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam tarixi-siyasi əhəmiyyətə malikdir”

Deputat: "Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam tarixi-siyasi əhəmiyyətə malikdir”
Deputat: "Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam tarixi-siyasi əhəmiyyətə malikdir”
Deputat: "Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam tarixi-siyasi əhəmiyyətə malikdir” “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı prezident İlham Əliyev tərəfindən ilkin olaraq 4 milyon manat vəsaitin ayrılmasını və məcburi köçkünlərin öz doğma torpağına qayıdışını Dağlıq Qarabağa qayıdışın bir əlaməti hesab edirəm”.

Bunu millət vəkili Bəxtiyar Əliyev deyib.
B. Əliyev bildirib ki, bu sərəncam bir daha Azərbaycan prezidentinin siyasi iradəsini göstərir: “Bu, ötən ilin aprelində Azərbaycan Ordusunun hıəyata keçirdiyi uğurlu hərbi əmıiyyatların məntiqi davamı, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsi ilə bağlı dünyaya verilən növbəti mesajdır”.
AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı çox böyük siyasi əhəmiyyətə malikdir: “Azərbaycan təcavüzə məruz qalandan sonra ilk dəfə bir yaşayış məntəqəsi, bir kəndin tam bərpası istiqamətində addım atılır, dövlət sərəncamı imzalanır. Bu, bizim müstəqillik tariximizin əhəmiyyətli hadisələrindən biridir. Azərbaycan prezidentinin imzaladığı sərəncam Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarmağa böyük ümid yaradır. Eyni zamanda, işğaldan azad olunmuş kəndin bərpası aprel döyüşləri zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan əsgərinin özünə inamını və ruh yüksəkliyini gücləndirir. Bu, həm də möhtərəm prezidentin rəhbərliyi ilə Azərbaycanın apardığı siyasətini gücünü və reallıqları əks etdirir. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam tarixi-siyasi əhəmiyyətə malikdir və böyük qələbənin başlanğıcıdır”.
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov isə bildirib ki, Cəbrayılın Cocuq Mərcanlı kəndi 1993-1994-cü illərdə Horadiz əməliyyatı zamanı işğaldan azad olunmuş yaşayış məntəqələrindən biridir: “Erməni işğalçılarının tutduğu mövqelər həmin kənddə sakinlərin yaşamasına imkan vermirdi. Çünki kənd erməni mövqelərinə yaxın idi və təhlükəsizliyi təmin etmək olmurdu. Ötən ilin aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri Talış və Lələ təpə istiqamətlərində erməni işğalçılarını geri oturdaraq müvafiq olaraq Goranboyun Tap Qaraqoyunlu və Cəbrayılın Cocuq Mərcanlı kəndlərinin təhlükəsizliyi təmin etdi”.

Ş. Ramaldanov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin infrastrukturunun müasirləşməsi ilə bağlı mütəmadi tədbirlər görməkdədir: “Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan prezidenti 4 milyon manat vəsait ayırıb. Bundan sonra kənd sakinləri öz torpaqlarına qayıdıb, orada yaşayacaqlar. Bu, çox böyük addımdır. Cocuq Mərcanlı kəndi cəbhə bölgəsində yerləşir. Cəbhə bölgəsində yerləşən əhali üçün şərait yaratmaq çox vacibdir. Bu, gələcək döyüşlər üçün də olduqca vacib addımdır. Cəbhə bölgəsinə yaxın yaşayış məntəqələrinin infrastrukturunu yüksək səviyyəyə qaldırmaq gələcək döyüşlər üçün müəyyən zəmin yaradır. Yol infrastrukturu genişlənir, inkişaf edir ki, onlardan faydalanmaq olar. Mən bir Azərbaycan vətəndaşı, həm də bir hərbçi kimi Azərbaycan prezidenti İlham Əliyevin bu addımı alqışlayıram, onun imzaladığı sərəncam xalqa xidmət edir”.

Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 4 milyon manat ayrılıb.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031