dini radikalizm və ekstremizmlə mübarizə

Akarla Ostin ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib

Akarla Ostin ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib

ABŞ müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Hulusi Akarla telefon danışığında NATO-nun qarşıdakı sammitini və ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbinin müdafiə nazirlərinin danışıqlarının yekunlarına dair yazılı bəyənatında deyilir.

“Onlar ikitərəfli əməkdaşlıq və regional məsələləri müzakirə ediblər”, - deyə mətbuat katibi qeyd edib. “Nazir (Lloyd Ostin) ABŞ və Türkiyə arasında müdafiə sahəsində uzunmüddətli münasibətləri vurğulayıb və iyunun 14-də Brüsseldə NATO-nun sammitində nazirlə (Hulusi Akar) görüşməyi səbirsizliklə gözlədiyini bildirib”, - deyə Kirbi bildirib.

Qeyd edək ki, NATO sammiti iyunun 14-də Brüsseldə keçiriləcək. Sammit pandemiya səbəbindən bir günə qədər azaldılıb, cəmi 2,5 saat davam edəcək bir plenar sessiya planlaşdırılıb.

Oxunub: 449
Oxşar xəbərlər
SON XƏBƏRLƏR