dini radikalizm və ekstremizmlə mübarizə

Hansı ölkələrdən diplomların tanınması ilə bağlı daha çox müraciət olunduğu açıqlanıb

Hansı ölkələrdən diplomların tanınması ilə bağlı daha çox müraciət olunduğu açıqlanıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi fevral ayı ərzində ölkələr üzrə diplomların tanınması ilə bağlı müraciətləri açıqlayıb.

Djb.az xəbər verir ki, Agentlikdən APA-ya verilən məlumata görə, ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 74, Ukraynadan 71, Türkiyədən 70, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 6, Polşadan 4, İtaliyadan 4, Şimali Kipr Türk Respublikasından 4, Çin Xalq Respublikasından 3, Belarusdan 3, Macarıstandan 3, Efiopiyadan 2, İsveçrədən 2, ABŞ-dan 2 və digər ölkələrdən 9 nəfərin yer aldığı müşahidə olunur.

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

Oxunub: 527
Oxşar xəbərlər
SON XƏBƏRLƏR