dini radikalizm və ekstremizmlə mübarizə

Beynəlxalq Türk Akademiyasının Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı - BƏYANATI

Beynəlxalq Türk Akademiyasının Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı - BƏYANATI

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat verib.

KONKRET.az-a daxil olan bəyanatda deyilir:

“Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı həyata keçirilən soyqırımından 29 il keçir. Ermənistan silahlı qüvvələri bir gecədə Xocalıda insanlıq tarixinin ən qanlı faciələrindən birini törədib, yaşlı, qadın, uşaq və körpə demədən yüzlərlə günahsız insanı, dinc sakinləri qətlə yetiriblər. Faciənin 29-cu ildönümündə qardaş Azərbaycan xalqının üzüntüsünü və kədərini bölüşür, bütün insanlığa qarşı yönələn bu cinayət aktını qətiyyətlə pisləyir və “Xocalıya ədalət!” tələb edirik”.

Bəyanatda o da qeyd olunub ki, Azərbaycan işğal altındakı əraziləri azad etməklə ədaləti bərpa etdi və tarixi zəfər qazandı: “Bu qələbə Xocalının sağ qalan, ağrı-acını qəlbində daşıyan şahidləri başda olmaqla bütün insanlığın ümid işığına çevrildi, Türk Dünyasının qürur və iftixar mənbəyi oldu. Beynəlxalq Türk Akademiyası olaraq, Xocalı Soyqırımı qurbanlarını dərin hüznlə anır, Azərbaycan xalqına və dövlətinə başsağlığı verir, qardaş Azərbaycanla həmrəy olduğumuzu bildiririk”.

Darxan Kıdırəli

Beynəlxalq Türk Akademiyasının prezidenti

Oxunub: 621
Oxşar xəbərlər
SON XƏBƏRLƏR