dini radikalizm və ekstremizmlə mübarizə

“Ermənistanda zorakı hakimiyyət dəyişikliyi ilə bağlı senarimiz olmalıdır” - Politoloq

Baxış Sayı:416

“Ermənistanda zorakı hakimiyyət dəyişikliyi ilə bağlı senarimiz olmalıdır” - Politoloq

“Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı devirə bilmədi, ancaq müxalifət mitinqlərin gələn həftə də davam edəcəyinə qərar verdi. Mitinqdə çıxış edənlər müəssisələri tətilə, ordu və polisi isə qiyama çağırdılar. Əlbəttə, Paşinyan var gücüylə bunun qarşısını almağa çalışacaq. Ancaq müxalifət də hakimiyyəti içəridən dağıtmaq üçün fəaliyyətinə ara verməyəcək”.

Djb.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Paşinyanın yaxın aylarda devriləcəyi ehtimalı yüksək deyil: “Kreml də Paşinyanın indiki mərhələdə devrilməsini istəmir, Çünki Paşinyan Moskvanın vasitəçiliyi ilə imzalanan 10 noyabr və 11 yanvar bəyanatlarını həyata keçirməlidir. Ancaq Paşinyanın içəridən devrilmısi ehtimalını da diqqətdən qaçırmamalıyıq”.

Ermənistanda mümkün çevrilişin və xaosun Dağlıq Qarabağdakı duruma nə kimi təsiri ola bilər?

Elxan Şahinoğlunun sözlərinə görə, müxalifət liderləri açıq şəkildə deyirlər ki, Paşinyanı devirsələr belə 10 noyabr bəyanatından kənara çıxa bilməyəcəklər: “Ancaq müxalifət liderləri eyni sözləri 11 yanvar Moskva razılaşmasına aid etmirlər. Yəni müxalifət təmsilçiləri regional əməkdaşlığın və kommunikasiya xətlərinin açılışının əleyhinədirlər. Bu isə Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyanın da maraqlarına ziddir.

Demək, əgər müxalifət və ya ordu içərisindən hansısa qüvvə Paşinyanı devirsə yeni durum formalaşacaq. Bundan çəkinmək lazım deyil, əksinə manevr imkanlarımız genişlənəcək və Dağlıq Qarabağda yarımçıq qalan işlərimizi sonlandıra bilərik. Rusiya prezidenti Vladimir Putin də 10 noyabrdan bir neçə gün sonrakı müsahibəsində qeyd etmişdi ki, Ermənistan razılaşmalardan imtina edərsə ağır nəticə ilə üzləşməli olacaq. Ona görə də, bizim Ermənistanda zorakı hakimiyyət dəyişikliyi ilə bağlı senarimiz olmalıdır”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR