dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək

Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək

Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Türkiyəyə səfər edəcək.

Djb.az xəbər verir ki, APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər Türkiyənin vitse-prezidenti Fuat Oktayın dəvəti əsasında baş tutacaq.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ə. Əsədovu qəbul edəcək.

F. Oktay və Ə. Əsədov Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın iclası çərçivəsində Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə keçiriləcək və hər iki ölkədən 150 özəl sektor nümayəndəsinin qatılacağı Türkiyə-Azərbaycan İş Forumunun ümumi iclasında iştirak edəcəklər.

Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın iclası isə fevralın 19-da keçiriləcək. F. Oktay və Ə. Əsədov komissiyanın iclasına qatılacaqlar.

Türkiyənin vitse-prezidenti və Azərbaycanın Baş nazirinin təkbətək və geniş tərkibdə görüşləri olacaq, bundan sonra iki ölkə arasında müqavilələr imzalanacaq.

İctimai və özəl sektor sahəsində ticarət anlaşmalarının əhatəsinin 100 mln. ABŞ dolları üzərində olması gözlənilir.

Oxunub: 511
Oxşar xəbərlər
SON XƏBƏRLƏR