dini radikalizm və ekstremizmlə mübarizə

Milli Məclisin deputatı vaksin vurdurdu - FOTO

Milli Məclisin deputatı vaksin vurdurdu - FOTO

“Bu gün könüllü şəkildə qeydiyyatda olduğum poliklinikaya gedərək COVID-19-a qarşı peyvənd olundum. Hazırda özümü yaxşı hiss edirəm”.

KONKRET.az xəbər verir ki, bunu report-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, ikinci doz peyvəndi martın 6-da vurduracaq:

“Digər vətəndaşlarımıza da peyvənd olunmağı tövsiyə edirəm”.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Bu gündən etibarən isə Azərbaycanda yaşı 65-dən yuxarı olan şəxslərin peyvəndlənməsinə başlanılıb.

Xatırladaq ki, F.Ağamalının 74 yaşı var.

Oxunub: 432
Oxşar xəbərlər
SON XƏBƏRLƏR