dini radikalizm və ekstremizmlə mübarizə

AŞPA-nın Qarabağ qətnaməsi: hədəf, məqsəd... - Zülfüqarov

AŞPA-nın Qarabağ qətnaməsi: hədəf, məqsəd... - Zülfüqarov

Qarabağ münaqişəsinin 90 faizi həll olunub. Əsas məsələ budur ki, Ermənistan-Azərbaycan dövlət sərhədi bərpa olunub. Fikrimcə, AŞPA və digər beynəlxalq qurumların münaqişə ilə bağlı bu kimi siyasi gedişləri davamlı olacaq.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin 2020-ci il üzrə hesabatında Qarabağla bağlı qəbul etdiyi qətnamə haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, AŞPA-nın nüfuzu, real siyasi imkanları məhduddur:

“AŞPA-nın Qarabağla bağlı qətnamə qəbul etməsinin səbəbi qurumun bu məsələyə münasibət bildirərək varlığını göstərməsidir. Yəni “biz də varıq” demək istəyir. Lakin biz bu kimi qətnamələri çox görmüşük və bilirik ki, nələrə “qadirdir”. Bu cür sənədlərə lazımınca qiymət yetirməliyik: çox nisbi diqqət olmalıdır”.

Politoloq qeyd edib ki, hazırda bizim əsas məqsədimiz məcburi köçkünlərin öz torpaqlarına qayıdışını təmin etməkdir:

“AŞPA həqiqətən də münaqişəyə kömək etmək istəsəydi, “mədəni irsə hörmət”, “siyasi dialoqa müdaxilə edən ritorikadan çəkinmək” yox, işğal zamanı insanlara dəyən ziyan, onlara iqtisadi yardım edilməsi ilə bağlı bəyanat verərdi.

Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu qeyd edib, İrəvan və Bakını 9 noyabr (10 noyabr) 2020-ci il tarixli üçtərəfli bəyanatın humanitar məsələlərə dair müddəalarını yerinə yetirməyə çağırmaq sübut edir ki, bu qətnamə sadəcə lazımsız bir sənəddir”.

Oxunub: 419
Oxşar xəbərlər
SON XƏBƏRLƏR