dini radikalizm və ekstremizmlə mübarizə

“Arutyunyan Paşinyanın göbək adıdır” - Armen Aşotyan

“Arutyunyan Paşinyanın göbək adıdır” - Armen Aşotyan

“Qarabağ humanitar fəlakətə yaxındır. Ermənistan dövlətçiliyi dərin bir böhrandan keçir. İrəvanda Paşinyan, Qarabağda Arayik Arutyunyan həm Ermənistanı, həm də Qarabağı milli fəlakətə sürükləyir. Arutyunyan Ermənistandakı hakimiyyətin Qarabağdakı göbək adıdır. O, erməni cəmiyyətində bu fəlakətin əsas günahkarlarından biri kimi qəbul edilir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Moskovskiy komsomolets”ə müsahibəsində Ermənistanın Respublika Partiyası sədrinin müavini, keçmiş Təhsil və Elm naziri Armen Aşotyan söyləyib.

O əlavə edib ki, “Paşinyan bizim üçün Ermənistanda ən azından sözün siyasi mənasında xaindir. Bu müharibə dövründə, yumşaq desək, bir böhran menecerinin keyfiyyətlərini göstərməyən bir adamdır. Ona ordunun hərbi-texniki dəstəyi ilə bağlı bir çox sual var. 2016-cı ilin aprel müharibəsindən sonra qəbul edilmiş Ermənistan ordusunun modernləşdirilməsi planı niyə dəyişdirildi? Nə üçün təkcə Baş nazirin qərarı ilə 4 ədəd Su-30SM qırıcısı, raket əleyhinə müdafiə, zenit müdafiəsi, müharibə zamanı istifadə olunmayan raket əleyhinə müdafiə sistemləri birtərəfli qaydada alındı?

Niyə Ermənistan Rusiyada istehsal olunan “Tor” hava hücumundan müdafiə sistemlərini almaqdan imtina etdi və bunun əvəzinə 70-ci illərdə istehsal olunan və bu müharibə şəraitində pilotsuz təyyarələrlə effektiv mübarizə apara bilməyən “Osa” zenit-raket komplekslərini aldı? Qanuni cavablar almalı olduğumuz bir çox sual var”.

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR