dini radikalizm və ekstremizmlə mübarizə

Lavrov erməni xislətini göstərdi: Qarabağa gedə bilərlər?

Lavrov erməni xislətini göstərdi: Qarabağa gedə bilərlər?

Ermənistan rəsmilərinin Qarabağa (Xankəndiyə - red.) getməmələrinə bir səbəb görmürəm.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rusiyalı nazir qeyd edib ki, Ermənistan və Qarabağ erməniləri arasında əlaqə olmalıdır və hamı bununla razıdır:

“Əgər hamı razıdırsa, mən bu səviyyədə həyata keçirilən əlaqələrin saxlanılmasına mane olmağın səbəblərini görmürəm. Erməni rəsmiləri Dağlıq Qarabağa (keçmiş Dağlıq Qarabağdan söhbət gedir, çünki Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur – red.) humanitar yardım göstərməyə cəlb olunublar ki, bu da Bakıda heç bir mənfi emosiyalar doğurmur”, - Lavrov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Ordusu 44 günlük müharibə ilə Qarabağ münaqişəsinə son qoyub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Keçmiş Dağlıq Qarabağın bir hissəsi hazırda rus sülhməramlılarının nəzarətindədir. Laçın dəhlizinə də rus sülhməramlıları nəzarət edir və ordan Ermənistan rəsmilərinin Azərbaycan ərazilərinə daxil olmasına şərait yaradılır.

Azərbaycan Prezidenti İlham Əliyev bu sərhəd pozuntusuna qəti etirazını bildirib və bu qanun pozuntularının ciddi nəticələri olacağı barədə Ermənistana xəbərdarlıq edib.

Xatırladaq ki, İlham Əliyev 2020-ci ilin yayında Ermənistan rəhbərliyinə Şuşada “Yallı getməsinin” ağır nəticələri olacağını deyəndə erməni tərəfi bunu ciddiyə almamışdı. Nəticəsini bütün dünya gördü.

Prezident İlham Əliyev artıq növbəti xəbərdarlığını edib və artıq onun zarafat etmədiyi hamıya bəllidir.

Oxunub: 509
Oxşar xəbərlər
SON XƏBƏRLƏR