dini radikalizm və ekstremizmlə mübarizə

Mikael Minasyan: “Nikolun planına görə indi hər şeyin günahkarı Rusiyadır”

Mikael Minasyan: “Nikolun planına görə indi hər şeyin günahkarı Rusiyadır”

“Nikol yanvarın 11-də Moskvada uğursuzluğa düçar oldu. Buna görə günahı kiminsə üstünə atmaq lazımdır. Paşinyan indi hər şeydə Rusiyanı təqsirkar hesab edir”

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Teleqram kanalında yazıb.

“Moskva görüşündən bir həftə əvvəl Vovayeviç yalan, saxtakarlıq və manipulyasiya üsulları ilə “44 günlük müharibənin mənşəyi” məqaləsini yazır. Sitat: “2015-ci ildə artıq hamıya məlum olan Rusiya təklifləri qəti şəkildə formalaşır. Bu təkliflərdə Azərbaycana 7 rayon 5+2 formulu ilə qaytarılır, qaçqınlar qayıdır və bölgəyə Rusiya sülhməramlıları yerləşdirilir. Təkliflər paketində Dağlıq Qarabağın statusu məsələsinə heç cür toxunulmur, bu məsələdən yan keçilir. Bu təkliflər 2016-cı ilin yanvarında Ermənistan tərəfinə təqdim olunur. Ermənistan tərəfi onları rədd edir…”.

Nikol bunları deməklə faktiki olaraq Ermənistanın strateji müttəfiqini ölkəsinin milli maraqlarına məhəl qoymamaqda ittiham edir.

O, Rusiyanın Qarabağla bağlı təkliflərində ermənilər üçün vacib status məsələsinin olmadığını iddia edir.

Onun fikrincə, bu təkliflər o qədər antierməni olub ki, hətta onları “satqın keçmiş prezidentlər” də rədd edib.

Bütün bunlar yalandır, beynəlxalq münasibətlərdə bu cür böhtanlar ciddi şəkildə cəzalandırılır və növbəti dəfə onun yalanından təkcə ölkəmiz deyil, həm də bizim vital maraqlarımız da əziyyət çəkəcək.

Danışıqların iflasa uğramasında günahkar olan Rusiya Paşinyanın tərəfdarlarının, Facebook analitiklərinin və Soros xadimlərinin çox rahat hədəfidir.

Moskvada hərbi əsirlərin azad edilməsi məsələsinin müzakirəsinin prioritetliyi barədə yazdığını xatırlayırsınızmı? Nooldu, birdən-birə Moskvada, mətbuatın qarşısında Qarabağın statusundan danışanda xoruzun səsi eşidildi? Rusiya paytaxtında keçirilən görüşdə bu iki məsələ ilə bağlı müsbət nəticə əldə etmədikdən sonra o, bu uğursuzluğu Rusiyanın boynuna yıxdı.

İtə atılan sümüyü Nikolu dəstəkləyən KİV-lər, onun saxta ordusu və erməni qərbpərəstlər diri-diri tutdu.

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Paşinyana cavab verib: “Rusiyanın münaqişənin mərhələli həll planınun sonuncu redaksiyası 2019-cu ilin iyununda tərəflərə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən verilib.

Onların arasında birinci mərhələdə Azərbaycanın beş, ikinci mərhələdə isə iki rayonunun geri qaytarılması, özü də bunu xüsusi qeyd edim, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqələndirilməsi prinsipləri var.

İrəvanın maraqlarını əks etdirən digər elementlərdən biri də Dağlıq Qarabağdan kənarda əhalinin tam həyat fəaliyyətinin təşkili, onların hüquqlarının tanınması, Dağlıq Qarabağ nümayəndələrinin ATƏT-in iclaslarında iştirak etməsi, blokadanın götürülməsi, sərhədlərin açılması, tərəflərin güc tətbiq etməmək barədə öhdəlik götürməsi və s.-dir. Odur ki, Rusiyanın “elə belə” yeddi rayonu geri qaytarması, statusu unutmağı və sakitləşməyi – həqiqətə uyğun deyil”.

Popov əlavə edib: “Nə erməni tərəfi, nə də Azərbaycan tərəfi bu təklifləri rədd edib”.

Nikolun yalanının rəsmən təkzib edilməsi Ermənistanın beynəlxalq imicinə növbəti dəfə zərbə vurub. O, şəxsən rusofobiya əhval-ruhiyyəsini koordinasiya edir və qarşısına 2 hədəf qoyur. Birincisi, o, “antinikolizm”i rusofobiya ilə əvəz etməyə çalışır, Rusiyanı əsas günahkar hesab edir. İkincisi, ermənilərin son fəlakəti üçün geosiyasi manevrlər edir”. (bizim.media)

Oxunub: 540
Oxşar xəbərlər
SON XƏBƏRLƏR