dini radikalizm və ekstremizmlə mübarizə

Deputatlarımız Qazaxıstana gedir - Səbəb

Deputatlarımız Qazaxıstana gedir - Səbəb

Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün yanvarın 7-də ölkənin paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.

Milli Məclisdən Axar.az-a verilən məlumata görə, deputat Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin, millət vəkili Naqif Həmzəyev isə TÜRKPA-nın xətti ilə seçkiləri izləyəcəklər.

Yanvarın 10-da keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitlə yaxından maraqlanacaq, prosesin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.

Səfər yanvarın 15-də başa çatacaq.

Oxunub: 469
Oxşar xəbərlər
SON XƏBƏRLƏR