dini radikalizm və ekstremizmlə mübarizə

Məşhuri-cahan Peqov Bakının casusu imiş – Ermənilər yazır

Məşhuri-cahan Peqov Bakının casusu imiş – Ermənilər yazır

Ermənilər öz kumir və “supermen”ləri olan Semyon Peqova qarşı silahlanıblar. 44 günlük müharibə zamanı erməni yalanlarının bir nömrəli təbliğatçısı olan, Qırmızı Xaçı Cəmiyyətinin maşınına minərək, Hadruta keçib, bu qəsəbənin guya ermənilərin nəzarəti altında olduğunu “sübut edən”, 6 noyabrda Şuşadan canlı reportaj edib, “erməni müqavimətini” göstərən və elə o məşhur reportajında da sürətlə aradan və Qarabağdan qaçıb-çıxan Peqovu indi sosial şəbəkələrin erməni seqmentində xain adlandırırlar.

Axar.az xəbər verir ki, erməni sosial şəbəkə istifadəçiləri Peqovun müharibə zamanı Ermənistan silahlı qüvvələrinin olduğu yerlə bağlı Azərbaycan Ordusuna dəqiq məlumat ötürdüyünə dair dəlillərin olduğunu bildirirlər.

Anaxit Ovsepyan adlı istifadəçinin sözlərinə görə, Peqov hara gedirmişsə, hardan reportaj hazırlayırmışsa, oranı dərhal Azərbaycan Ordusu darmadağın edirmiş. Yəni erməni qoşunlarının yerləşdiyi yerlərin koordinatlarını və strateji nöqtələri Peqov Azərbaycana ötürürmüş.

Əslində, erməniyə xidmət etməyin aqibəti budur: çörəyi dizinin üstündə, vəhşi və qaniçən tayfadan başqa heç nə gözləmək lazım deyildi.

Buna görə Peqovun bir an tez ayılması və saxtakarlığından əl çəkməsi daha yaxşı olardı. Hələ də müxtəlif yollarla Qarabağa gəlib, Arutyunyanın ətrafında bu terrorçunun təbliğatını həyata keçirmək üçün fırlanmaq nə ləyaqət hissini tam itirməmiş şəxsə, nə də media prinsiplərinə sığır.

Peqov artıq istifadə edilib, indi atılmaq üzrədir. Bəlkə, özü dərk edib, geri çəkilə?..

Oxunub: 452
Oxşar xəbərlər
SON XƏBƏRLƏR