dini radikalizm və ekstremizmlə mübarizə

“Past”: "Ermənistanda yoxsulluq səviyyəsi daha da artacaq"

Baxış Sayı:51

“Past”: "Ermənistanda yoxsulluq səviyyəsi daha da artacaq"

Bir sıra erməni iqtisadçı və maliyyəçilərinin proqnozlaşdırdığı kimi, müharibədən sonrakı dövrdə Ermənistan dramı kəskin devalvasiya daxil olmaqla ciddi problemlərlə üzləşdi. Dramın ucuzlaşması prosesində intensivləşməsi yayın ikinci yarısında da müşahidə olundu. Lakin 3-4 gün ərzində baş verənlər Ermənistanın həssas və kövrək iqtisadiyyatı üçün şok oldu. Dolların dəyəri 25-30 dram artdı ki, bu da mütəxəssislərə görə, domino effekti ilə malların qiymətlərinin 20-25 faiz artmasına səbəb olacaq”.

KONKRET.az xəbər verir ki, bu məlumatı Ermənistanın “Past” nəşri yayıb. Məlumatda deyilir ki, “Hazırda bir dolların məzənnəsi 520-522 dramdır. Ermənistan Mərkəzi Bankı bu günlərdə dollar məzənnəsini nəzarətdə saxlamaqla məşğuldur. Xüsusilə mənbələrimizin verdiyi məlumata görə, əslində, dollar məzənnəsi hazırda 574-580 dram arasında dəyişir. Və Mərkəzi Bank “qalxma” nı dayandırmaq üçün gündəlik 100 min dollar xərcləyir”.

Qəzetə açıqlama verən Auditorlar Palatasının sədri Nairi Sarkisyan bu vəziyyətin birbaşa qiymətlərə təsir edəcəyini qeyd edib: “Biz daha çox idxal malları istehlak edirik və bu meyllər bahalaşmaya təsir göstərəcək. Nəticədə yoxsulluq səviyyəsi artacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR