dini radikalizm və ekstremizmlə mübarizə

Məhmət Şəkər: "Ermənistanın Azərbaycan Ordusuna qarşı uğur qazanmaq şansı yox idi"

Məhmət Şəkər: "Ermənistanın Azərbaycan Ordusuna qarşı uğur qazanmaq şansı yox idi"

Ermənistanın Azərbaycan Ordusuna qarşı uğur qazanmaq şansı yox idi. Azərbaycanın üstünlüyü təkcə hərbi gücündən irəli gəlmir. Ermənistanın etdiyi hər şeydən əvvəl bütün dünya tərəfindən qəbul edilmiş bir işğaldır. İstər Qafqazda, istərsə də iki qütbdən birində, hətta səhranın ortasında olsun, torpağın həqiqi sahibləri həmişə tarixin sağ tərəfindədirlər və 30 ildən sonra da öz haqqını geri alacaqlar.

KONKRET.az xəbər verir ki, bu fikirlər Türkiyənin çoxtirajlı “Yeni şəfəq” qəzetinin ingilis dili versiyasında yer alan “Paşinyan nəyi səhv etdi?” sərlövhəli məqalədə əksini tapıb.
Tanınmış publisist Məhmət Şəkər qələmə aldığı məqalədə Ermənistanın işğalçılıq siyasəti və törətdiyi hərbi təxribatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatlarının yaratdığı rəşadətli qələbə müfəssəl təhlil olunub.

Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” tarixi ifadəsinin siyasi qətiyyətə söykəndiyini əsaslandıran publisist Ermənistan baş naziri Paşinyanın fəaliyyətindəki səhvləri təhlil edir və diqqəti onların xəyalpərəstliyinə çəkir.

Məqalədə həmçinin Ermənistanın işğalçılıq siyasətini həyata keçirdiyi illərdə törətdiyi amansızlıqlardan və son döyüşlərdə atəşkəsi namərdcəsinə pozmasından bəhs olunur. Vurğulanır ki, indi Azərbaycan əraziləri tərk etmək məsələsində yenə də humanistlik göstərir. Ermənistan isə qışın şaxtasında qoca, qadın, uşaq bilmədən azərbaycanlıları öz doğma evlərindən ayaqyalın qovdular.

Müəllif yazıda qazanılan qələbənin hərbi-siyasi, mənəvi-psixoloji aspektlərini faktlar əsasında müqayisəli təhlil edir.

Oxunub: 403
Oxşar xəbərlər
SON XƏBƏRLƏR