dini radikalizm və ekstremizmlə mübarizə

Erməni hərbiçi deyir ki, gecə “məkrli düşmən” bilib güllələdikləri dəstə donuz sürüsü imiş

Baxış Sayı:101

Erməni hərbiçi deyir ki, gecə “məkrli düşmən” bilib güllələdikləri dəstə donuz sürüsü imiş

Dünyanın hər yerindən Qarabağ münaqişəsində iştirak etmək üçün gələn erməni döyüşçüləri müharibə ilə bağlı qeydlərini dərc etməyə başlayıblar. Könüllülər Dağlıq Qarabağdakı təchizat problemlərindən, komandanlığın laqeydliyindən, texniki vasitələrin çatışmazlığından, bölmələr arasındakı uyğunsuzluqdan və səngər həyatının digər problemlərindən danışırlar. Münaqişə iştirakçılarının fikrincə, bir çox hərbi hissələr hətta yarı heyətdə deyildi. Bu da bir çox cəhətdən Azərbaycan qoşunlarının qələbəsini asanlaşdırırdı. Könüllülər Dağlıq Qarabağdakı 27 sentyabr – 10 noyabr tarixləri arasında davam edən döyüşlərdə erməni qoşunlarının məğlubiyyəti ilə bağlı xatirələrini bölüşürlər. Dağlıq Qarabağ müharibəsində dünyadakı erməni diasporunun nümayəndələrindən ibarət könüllü dəstələr döyüşürdü. Suriyada, Livanda, İraqda, Fransada və təbii ki, Rusiyada olan ermənilərin münaqişəyə qatıldığı məlumdur.

Döyüş əməliyyatları bitdikdən və bölgəyə Rusiya sülhməramlı kontingenti gətirildikdən sonra könüllülər Qafqazı tərk etməyə başladılar. Geri dönən ermənilər sosial şəbəkələrdə münaqişədə iştirak etdikləri barədə təəssüratlarını bölüşürlər. Bir sıra mənbələrə görə, könüllü milislərə isti forma, ayaqqabı və avadanlıq verilməyib. Bu barədə münaqişə zamanı bir sıra KİV məlumat verib. Bu məlumatı “LostArmour” forumunda “Andrewbek1974” ləqəbi ilə qeydlərini dərc edən erməni könüllülərindən biri təsdiqləyib. Onun sözlərinə görə, Moskvadan gələn könüllülərə “özünüzün var” bəhanəsi ilə avadanlıq verilməyib. Müəllif milis dəstələrində vahid standartlı heç bir avadanlıq olmadığını qeyd edir. Atıcı silahlarla bağlı vəziyyət daha da pis idi. Silahlar köhnə PKM, PM və AK-74-lər (Kalaşnikov pulemyotu, Makarov tapançası və Kalaşnikov maşını -“MK “) idi.

“Andrewbek1974”-ə görə, Gürcüstanla Ermənistan arasındakı sərhədi keçdikdən sonra könüllülər İrəvanın kənarında yerləşiblər və bundan sonra unudulublar. “Bu, xüsusən də yerli əhalinin mütəşəkkil olmayan və ictimaiyyətə açıqlanmayan könüllülərə münasibəti ilə bağlıdır”, – deyə müəllif qeyd edir.

Qarabağa gəldikdən sonra könüllülər Şuşa şəhərinin şərqində müdafiəni təşkil edən milis dəstəsinə göndərilib. Hərbi hissədə 122 döyüşçünün arasında faktiki olaraq yerli sakinlər 50-60 nəfərdən çox deyildi. Müəllif qeyd edir ki, bu sakinlərin əksəriyyəti də mövqelərdə gecələmirdilər. Hərbi dəstəyə Hamlet adlı bir eməni komandanlıq edirdi. O. “Artsax” ordusunun” mayoru “rütbəsində idi, Amma bu rütbənin təsdiqlənməsi əslində müşahidə edilmədi. “Mayor” açıq şəkildə cinayətkar keçmişi ilə öyünürdü. Müəllif qeyd edir ki, milislər ilk Qarabağ münaqişəsində qazılmış köhnə müdafiə xətlərində yatırdılar. Dəstələrdə heç bir əlaqə vasitəsi yox idi. İnformasiyalar Moskvadan gələn könüllülər tərəfindən çatdırılırdı. Fəaliyyətlərinin uyğunsuzluğu və döyüş təcrübəsinin olmaması maraqlı hadisələrə səbəb olurdu.

Keçmiş döyüşçü yazır ki, “cəbhədəki ilk gecəmizdə maraqlı bir hadisə baş verdi. Oktyabrın 23-də gecə səngərdə uzanmışdıq. Birdən qarşı tərəfdən səs–küy gəldi. Tez atəş əmri verildi. 20 dəqiqəlik atışma getdi. “Məkrli düşmən” geri oturduldu. Səhər açılanda məlum oldu ki, gülləbaran etdiyimiz yerli erməninin donuz sürüsü imiş”.

“Moskovskiy komsomolets” 18 noyabr 2020

Oxşar xəbərlər
SON XƏBƏRLƏR