dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə Qarabağla bağlı hər hansı güzəştə getməyəcək və lazım gələrsə, müharibədə üçüncü tərəf kimi iştirak edəcək

Türkiyə Qarabağla bağlı hər hansı güzəştə getməyəcək və lazım gələrsə, müharibədə üçüncü tərəf kimi iştirak edəcək

Məlum olduğu kimi, Türkiyə Böyük Millət Məclisi Türkiyə ordusunun Qarabağa yerləşdirilməsi ilə bağlı sənədi Azərbaycan üçün xüsusi gün olan 17 noyabr Milli Dirçəliş Günü münasibətilə təsdiq edəcək.

Türkiyə Ordusunun Qarabağa yerləşdirilməsinin əhəmiyyəti ilə bağlı KONKRET.az-a fikirlərini bölüşən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Rusiya özü sülhməramlı missiyasını öz üzərinə götürüb Qarabağa girmək istəyirdi: “Belə olan təqdirdə Ali Baş Komandan İlham Əliyevin Türkiyənin iştirakını şərt kimi qoyması Rusiyanın planlarını pozdu. Bununla da Qarabağda yarana biləcək təhlükənin qarşısı alındı. Təbii ki, Türkiyənin Dağlıq Qarabağda olması bizim üçün olduqca prinsipial önəm daşıyır. Rusiya Azərbaycana zorla hər hansı şərti qəbul etdirməyə cəhd edə bilər. Amma Türkiyə birmənalı olaraq şərt qoydu ki, Qarabağla bağlı hər hansı güzəşt olmayacaq və lazım gələrsə müharibədə üçüncü tərəf kimi iştirak edəcək.

Rusiya ordusu Qarabağda olduğu müddətdə Türkiyə Silahlı Qüvvələri orada olacaq və bizim əleyhimizə hər hansı addım atılmayacaq. Bilirsiniz, artıq Rusiya qoşunları ilə ermənilər arasında müəyyən toqquşmalar baş verir. Məlumat var ki, dünən 4 rus əsgəri ölüb, 18 erməni terrorçu məhv edilib. Və görünən odur ki, Rusiyanın sülhməramlı kimi bura gəlməsi onun üçün heç də xoş gələcək vəd etmir. Yəni getdikcə bu münaqişə başqa xarakter ala bilər.

Ümumən Qarabağ məsələsində bu günə kimi hərbi və diplomatik qələbə Azərbaycanın tərəfindədir. Və sözsüz ki, bu üstünlük bizi yekun qələbəyə aparacaq”.

Oxunub: 352
Oxşar xəbərlər
SON XƏBƏRLƏR