dini radikalizm və ekstremizmlə mübarizə

Qazaxıstanlı qonaqlar Qənirə Paşayeva ilə görüşüblər

Qazaxıstanlı qonaqlar Qənirə Paşayeva ilə görüşüblər

Azərbaycanda səfərdə olan qazaxıstanlı politoloq, jurnalist və bloqerlər Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın da qonağı oldular. Dəyirmi stol arxasında keçirilən görüşdə Milli Məclisin deputatı Azərbaycan-Qazaxıstan əlaqələrindən, tarixi kökümüzdən və birliyimizdən söhbət açdı.

Görüş geniş müzakirələr və dialoq şəklində keçdi. Görüşdə iştirak edən Ea-news.kz portalının baş redaktoru Nurgali Jusipbay, Halyk.kz Youtue kanalının və Altyn-Orda.kz saytının rəhbəri Serik Maleyev, Abai.kz saytının baş redaktoru Nurgeldi Usbonov, Avrasiya İnteqrasiya İnstitutu politoloqu Samat Nurtaza, politoloq –blogerlər Kuanış Edilxanov, Almaz Altay, Ashat Kasenqali, Baurjan Serikbayev, Aman Mambetaliyev türk dünyasının göz muncuğu saydıqları Azərbaycanın öz müqəddəs savaşına başladığı gündən, internet üzərindən əldə etdikləri həqiqətləri dünyaya yaydıqlarını, eləcə də vətəndaşı olduqları ölkədə geniş müzakirə apardıqlarını söylədilər. Bloger Almas Altay bildirdi ki, “Qənirə Paşayeva Qazaxıstanlı sosial şəbəkə üzvlərinə döyüş gedən bölgələrdə göstərdiyi fədakarlıq və görüşləri ilə məşhurdur. Mən öz ana dilində bu qədər ağrı ilə danışan deputatı gördüyümdən məmnunam. Biz bir-birimizə dərdlərimizi öz dilimizdə deməliyik. Sən demə insan öz ana dilində danışanda xalqı tərəfindən daha çox sevilir”- dedi.

Milli Məclisisn deputatı Qənirə Paşayeva 30 ilə yaxındır öz doğma yurd-yuvasından didərgin düşmüş insanların açı taleyindən, 1992-ci ildən sonra isə Qarabağda doğulub, sonra bu yerləri düşmən əsarətindən qurtara bilməyən insanların itirlən gəncliyindən və taleyindən canlı həqiqətləri yada saldı. Görüşdə eyni zamanda Azərbaycan MM-in Mədəniyyət Komitəsini ilə iki qardaş xalqın qəhrəmanlıq tarixindən bəhs edən birgə layihələri həyata keçirə biləcək birgə əməkdaşlıq planları da müzakirə edildi.

Nümayəndə heyətinin üzvü Altyn-Orda.kz saytının rəhbəri Serik Maleyev gözdən uzaq, ürəyə yaxın saydıqları türk yurdu Azərbaycanın bu gününü, 44 gündə baş verən hadisələrin ümumi məcmusunu gəlib öz gözləri ilə gördüklərini də taleyin xoş ironiyası adlandırdı. Və bildirdi ki, bundan sonra da Azərbaycan həqiqətlərini qazax və digər dillərdə dünyaya yaymaqda ən yaxın köməkçi olacaqlar.

Görüşün sponunda Arzu Bağırovanın rəhbrəi olduğu RHİMİB-nin adından Qazaxıstandan gələn qonaqlara xatirə hədiyyələri təqdim olundu. Görüşdə Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü şair Əkbər Oşalı, Beynəlxalq Türk Akademiyasının prezidentinin müşavri Füzuli Məcidli, jurnalist- araşdırmaçı Aida Eyvazlı da iştirak edirdilər.

Qazaxıstanlı politoloq, bloger və jurnalistlərin səfəri ölkəmizin Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib.



Oxunub: 403
Oxşar xəbərlər
SON XƏBƏRLƏR