dini radikalizm və ekstremizmlə mübarizə

"The National Interest" jurnalı ABŞ-ın Dağlıq Qarabağ məsələsindəki əsas uğursuzluqlarını sadalayıb

"The National Interest" jurnalı ABŞ-ın Dağlıq Qarabağ məsələsindəki əsas uğursuzluqlarını sadalayıb

Nəşr hesab edir ki, prezident seçkiləri ilə əlaqədar olaraq Amerika siyasətçiləri Qarabağ münaqişəsinə yetərincə diqqət yetirmədilər. Bu isə ilk növbədə ölkənin kəşfiyyat orqanlarının ciddi səhvi idi.

Bu isə onu stərir ki, Qarabağdakı münaqişənin uzun illər davam etməsinə və Ermənistanla Azərbaycan arasındakı toqquşmaların yeni bir şey olmamasına baxmayaraq, döyüş əməliyyatlarının başlaması ABŞ üçün sürpriz oldu. Nəşr xatırladır ki, mart ayında Bakı rəsmiləri ilə Dövlət katibinin müavini Stiven Biqan arasında bir saziş imzalandı. Sazişə görə, Azərbaycan regional problemləri diplomatik yollarla həll edəcək və Vaşinqton ona davamlı hərbi dəstək göstərəcək.

“Biqan və Dövlət Departamenti yalan danışdılar? Yoxsa Azərbaycan onları aldadıb? Bəs ABŞ-ın Bakıdakı səfirliyi hara baxırdı?” – deyə müəllif soruşur.

Bundan əlavə, nəşr Azərbaycanın ATƏT-in Minsk Qrupunun (ABŞ, Rusiya, Fransa) şərtləri ilə razılığından sonra Vaşinqtonun Bakıya geniş yardım göndərdiyini və bunun ölkəni güzəştə getmək üçün hər hansı bir təşəbbüsdən məhrum etdiyinə diqqət çatdırır. Nəticədə, kəşfiyyat yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində işə güvəndi və rus sülhməramlılarının Qarabağa girəcəyini təxmin edə bilmədi.

Digər uğursuzluq, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlar haqqında məlumatların olmaması idi. Nəşrə görə, Ankara Rusiyanı Suriyanın İdlib şəhərində gücləndirməyə razı ola bilər. Əvəzində isə Moskva Türkiyənin Qarabağdakı sülhməramlıların monitorinq mərkəzində iştirakına söz verə bilər.

Nəşr Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəsin ABŞ-ın bölgədəki maraqlarına uyğun olmadığı qənaətindədir:” – Moskvanın təsiri artdı və Ermənistanda “demokratik inqilab” təhlükə altındadır”.

Sonda nəşr xatırladır ki, noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan lideri İlham Əliyev Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə müqavilə imzaladılar. Onların açıqlamalarına görə, bölgəyə rus sülhməramlıları yerləşdiriləcək, münaqişə tərəflərinin hərbçiləri onsuz da işğal olunmuş mövqelərdə qalacaq və qaçqınlar evlərinə qayıda biləcəklər.

Ermənistanda sənəd bir təslim aktı kimi qəbul edildi, əhali Paşinyanı xəyanətdə günahlandırdı.

“The National Interest” jurnalı, ABŞ

Oxunub: 368
Oxşar xəbərlər
SON XƏBƏRLƏR