dini radikalizm və ekstremizmlə mübarizə

"Nezavisimaya qazeta: “Trampın Qarabağla bağlı son təklifi Moskvanı hərəkətə gətirəcəkmi?”

"Nezavisimaya qazeta: “Trampın Qarabağla bağlı son təklifi Moskvanı hərəkətə gətirəcəkmi?”

Ötən həftənin sonunda Cenevrədə keçirilmiş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında aparılan uzunmüddətli danışıqların nəticəsi olmadı. Döyüşənlərin “beynəlxalq insani qanuna uyğun olaraq qəsdən mülki şəxslərə və ya qeyri-hərbi hədəflərə zərbə vurmayacağı” barədə yeganə razılaşması da uzun sürmədi.

Bakı ATƏT-in Minsk Qrupunun səmərəsizliyini əsas tutaraq heç olmasa danışıqlar formatını nəyin bahasına olursa-olsun dəyişdirmək istəyini nümayiş etdirir. Bununla paralel Azərbaycanın Türkiyəni danışıqlar prosesinə daxil etmək istəyir. Bu isə təkcə erməni tərəfi üçün deyil, həm də ATƏT-in Minsk Qrupu həmsədrləri – Rusiya, Fransa və ABŞ üçün də qəbuledilməz kimi görünür.

Sülhməramlı qüvvələrin Qarabağ yerləşdirilməsi təşəbbüslərinin uğursuzluğa düçar olduğu bir vaxtda ABŞ Prezidenti Donald Tramp yeni təşəbbüslə çıxış edib. Ağ Ev rəhbəri bu dəfə mavi dəbilqəlilər rolunda İsveç əsgərlərini görür. İrəvan və Bakının bu təklifə reaksiyası hələ məlum deyil. Doğrudur, erməni tərəfi artıq Rusiya sülhməramlılarını münaqişə zonasına cəlb etmək fikri ilə çıxış edib. Ancaq bu məsələdə ermənilərin tək istəyi kifayət deyil. Bu mövzuda Türk qoşunlarını mümkün sülhməramlı qismində görən Azərbaycanın da razılığına ehtiyac var. Azərbaycanın istəyi də Ermənistan tərəfindən qəbuledilməz kimi görünür.

Erməni tərəfi isə sülhməramlılarla bağlı niyyətlərini söyləməklə yanaşı, Dağlıq Qarabağın beynəlxalq subyekt kimi tanınması üçün çabalarını davam etdirir. Bu tanınma böyük dövlətlər səviyyəsində olmasa da, kiçik şəhərlər və qurumlar tərəfindən olsa belə indiki halda ermənilər üçün ümidverici bir haldır. Çünki bu məsələnin iqtisadi tərəfi Ermənistanı daha çox maraqlandırır. Belə ki, son vaxtlar İsveç, Almaniya, Böyük Britaniya kimi dövlətlərin təxminən 2 milyon avro civarında ianəsi Qarabağın erməni icması üçün hava-su əvəzi idi.

Bu arada Bakı artıq İrəvanı məğlub tərəf kimi görür. Prezident İlham Əliyev bazar günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşərkən Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubun Ermənistanın Qarabağdakı məğlubiyyətinin bir etirafı olduğunu deyib. “Əks təqdirdə Rusiyadan hərbi dəstək istənilməsinə ehtiyac olmazdı”, – deyən Azərbaycan Prezidenti daha sonra bunları söyləyib: “Bu gün Azərbaycan hərbi əməliyyatları yalnız dünya birliyi tərəfindən tanınan torpaqlarında aparır. Ermənistan ərazisində heç bir əməliyyat getmir və Azərbaycanın belə bir planı yoxdur”.

Bakının bu fikirlərini İrəvan çiyinlərini çəkməklə cavab verib.

“Nezavisimaya qazeta” 1 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Oxunub: 340
Oxşar xəbərlər
SON XƏBƏRLƏR