dini radikalizm və ekstremizmlə mübarizə

Əliyev hamını fakt qarşısında qoyacaq – Mixeyev

Əliyev hamını fakt qarşısında qoyacaq – Mixeyev

Heç kim Türkiyəyə və ya Azərbaycana heç nə deyə bilməz və ya edə bilməz. Bütün bunları başa düşdüyü üçün bu gün Türkiyə Prezidenti Ərdoğan çox inamla danışır.

Axar.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq, Həqiqət Naminə Partiyasının Siyasi Şurasının üzvü Sergey Mixeyev “Rossiya 1” telekanalının canlı efirində bildirib.

“Ərdoğan Azərbaycanı tam dəstəkləyir və əgər Prezident İlham Əliyev Qarabağda öz işlərini qələbə ilə başa vurarsa, Ermənistanın növbəti prezidenti, kimliyindən asılı olmayaraq, status-kvonu qəbul etməyə borcludur. O, “yaxasını qurtara” bilməyəcək! Heç kəs nə Ərdoğana, nə də Azərbaycana heç nə edə bilməz!” - deyə o bildirib.

Politoloqun sözlərinə görə, məhz bu səbəbdən rəsmi Bakı sona qədər getmək niyyətindədir:

“Əliyev başa düşür ki, indi hamını fakt qarşısında qoymaq lazımdır”.

Oxunub: 337
Oxşar xəbərlər
SON XƏBƏRLƏR