dini radikalizm və ekstremizmlə mübarizə

Şəxsən Şuşan Stepanyan üçün: bax, gör erməni ordusu odda necə yandı

Şəxsən Şuşan Stepanyan üçün: bax, gör erməni ordusu odda necə yandı


Ermənistan tərəfi cəbhədə baş verən hərbi əməliyyatlar barədə sistemli dezinformasiya ilə məşğuldur. Dezinformasiyanın önündə gizir Şuşan Stepanyan özü dayanır. Ya onu qəsdən yanlış məlumatlandırırlar, ya da Stepanyan siyasi rəhbərliyin verdiyi missiyanı yerinə yetirir. Bununla yanaşı, Qarabağ separatçıları qəribə də olsa, daha obyektiv informasiyalar yayırlar. Görünür, Ermənistan tərəfində hərəkət koordinasiyasında uyğusuzluq və vahid informasiya siyasətinin aparılmasında nöqsanlar yaranıb. Hər halda, Stepanyanın tirajladığı məlumatlar qondarma prezidentin mətbuat katibi Vaqram Poqosyanın təqdim etdiyi obyektiv həqiqətə tam ziddir.

İndi cəbhədə nə baş verir? Birincisi, Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri Qubadlı rayonu istiqamətində uğurlu hücumları inkişaf etdirir. Hərbi əməliyyatların episentri Xanlıq kəndidir. Zəngilana gəldikdə, bu rayon mərkəzi də Azərbaycan Ordusunun tam nəzarəti altındadır. Ermənistan Müdafiə Nazirliyi vəziyyəti elə təqdim etməyə çalışır ki, guya, hansısa mifik Ehtiyat erməni qruplaşmasının əks-hücum hərəkətləri nəticəsində Zəngilanda yerləşən Azərbaycan qoşunları mühasirəyə düşüb. Əks-hücum əməliyyatının aparılması barədə məlumat həqiqətə uyğun deyil. İlk növbədə, bu sahəyə erməni ordusunun Ehtiyat qüvvələrinin köçürülməsi mümkün olmadığından.

Müharibə başlanandan bəri şərti cəbhə xətti təxminən iki dəfə genişlənib. Və cəbhənin şimal istiqamətində-Ağdərədə (Mardakert), Murovdağ və Kəlbəcər rayonunda 45 minlik müdafiə döyüşləri aparan erməni ordusu, həmçinin Xocavənd rayonunda və Ağdamda Azərbaycan bölmələrinin fəal irəliləyişinə qarşı mübarizə aparan ordu cavab zərbəsi endirmək üçün imkan və resurslardan məhrumdur. Bundan başqa, Azərbaycan Ermənistandan yeni Ehtiyat qüvvələrinin Qarabağa köçürülməsinə mane olaraq Laçın dəhlizinə permanent zərbələr endirir. Buna Azərbaycan və Ermənistan dövlət sərhədində, o cümlədən Naxçıvan rayonunda ordu hissələrinin cəmləşməsini əlavə etsək, sərbəst qüvvələrin mövcudluğundan danışmaq, sadəcə, absurddur.

Bundan başqa, Azərbaycanın pilotsuz uçuş aparatları cəmləşib və əsas vəzifəni yerinə yetirirlər – onlar tamamilə düşmənin canlı qüvvəsinin və döyüş texnikasının sistematik şəkildə məhv edilməsi ilə məşğuldurlar. Erməni tərəfinin itkiləri, sadəcə, saysız-hesabsızdır!

Qısaca Xudafərin su anbarı sahəsindəki vəziyyət haqda. Hazırda Xudafərində tam əmin-amanlıq hökm sürür və heç bir aktiv hərbi əməliyyat yoxdur. Bu sahədə Azərbaycan komandanlığı logistika sisteminin formalaşdırılması ilə məşğuldur və İranla sərhəddə müvəqqəti sərhəd postları quraşdırır.

Xocavənd istiqamətində – Ağdərədən Ağdama və Murovdağdan Suqovuşana (keçmiş Madagizə) qədər müdafiə mövqeyi tutan iki erməni qruplaşmasına gəldikdə isə, Azərbaycan qoşunlarının Laçın dəhlizinə gözlənilən sıçrayışından sonra həmin xətlərdə bölünmüş iki iri qoşun qrupu, belə desək, “kotyol”a düşə bilərlər: çıxılmaz və ümidsiz mühasirə. Bu qruplar üçün yeganə xilas yolu şəxsi heyət tamamilə məhv edilənədək humanitar dəhliz vasitəsilə Qarabağı tərk etməkdir.

İndi isə vəd olunanlar barədə. Şuşan Stepanyan iddia edir ki, erməni komandanlığı Azərbaycan qoşunlarına Xudafərində əsl cəhənnəm hazırlamışdı. Bu video məxsusi Şuşan üçündür. Bax, gör erməni qoşunlarının qruplaşması hansı cəhənnəmə girib…

Oxunub: 330
Oxşar xəbərlər
SON XƏBƏRLƏR