dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyanın isterik çıxışı: İlham Əliyevdən nələr dedi?

Baxış Sayı:21

Paşinyanın isterik çıxışı: İlham Əliyevdən nələr dedi?

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın xalqa müraciəti bir çox məqamlarına görə sosial şəbəkənin Azərbaycan seqmentində də ciddi müzakirə edilir.

Ona görə ki, 27 sentyabrdan dünənə qədər bunca açıq etiraflar olmamışdı...

Nikol Paşinyan xalqa emosional, daha doğrusu, isterik açıqlamas;nda hazırkı vəziyyəti ümumilikdə bu cür xarakterizə etdi:

* həddən artıq çox (öz ifadəsi ilə desək, "olduqca böyük") itkilərimiz var,

* şimal və cənub istiqamətində bir çox mövqelərdən geri çəkilmişik,

* situasiya çox ağırdır...

İlk dəfə bu cür qismən açıq etiraflar zamanı Nikol Paşinyan yalnız hərbi-siyasi vəziyyətlə bağlı danışdı, ancaq iqtisadi və ölkədaxili prosesləri qabartmadı. "Olduqca böyük" itkinin etiraf səbəbi aydındır: ölkədə ciddi etirazlar başlayıb və əsgər ailələri yad torpaqlarda qırılan övladlarına görə Paşinyanı ittiham edirlər.

İqtisadi böhran dərinləşib: onsuz da xəstəxanalarda yaralı əsgərlərə yer tapılmırdı. Bir müddət öncə isə bütün klinikalara xəstə qəbulunu dayandırmaqla bağlı verilən tapşırıq fonunda ölkə vətəndaşlarının səhiyyə xidməti almaq imkanları da məhdudlaşıb. Təsadüfi deyil ki, Ermənistanda dünən koronavirusa yoluxma statistikası artıq mini keçdi və bu, kifayət qədər ciddi rəqəmdir. Bunun qarşısında məhdudlaşdırıcı tədbirlərin görülməsi də hazırda mümkün görünmür və deməli, hərbi itkilərlə paralel pandemiyanın da zərbələri qarşısında Ermənistanın zəif iqtisadiyyatı çökməkdədir.

Paşinyan bütün tərəfləri bu səbəbdən “vəziyyəti olduğu kimi” dərk etməyə və birgə müzakirələrə çağırdı.

Ermənistan baş nazirinin bir etirafı isə xüsusilə mühümdür. O, müharibənin başlanma məsuliyyətini hazırkı hökumətin daşımalı olduğu barədə Ermənistan cəmiyyətində formalaşmaqda olan rəyi dəyişdirməyə cəhd etdi. Əlbəttə, “yeni müharibə və yeni ərazilər” tezisini xatırlatmadı, Azərbaycanı təhdid edən və müharibəyə sürükləyən 2 illik fəaliyyətinə də toxunmadı, hətta hərbi-siyasi ritorikasında yol verdiyi dəhşətli səhvləri, danışıqlar formatını dəyişməyə cəhdini, “Qarabağ Ermənistandır və nöqtə” meydanoxumasını da yada salmadı – halbuki "siyasətinin günahını erməni əsgərləri canları bahasına ödəyir" fikri haqlı olaraq hazırda bu ölkədə çox istifadə edilir.

Paşinyan daha çox Dağlıq Qarabağla bağlı Azərbaycanın, daha doğrusu, adını çəkməsə də, Prezident İlham Əliyevin mövqeyinə toxundu. Bildirdi ki, Azərbaycan (oxu: Prezident İlham Əliyev) əvvəlcə 5, daha sonra 2 rayondan Ermənistan qoşunlarının çıxmasını və işğalın sona çatmasını tələb edir, bundan sonrakı prosesdə isə Dağlıq Qarabağa “yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində” hansısa status verilə biləcəyini vəd edir. Paşinyan bunu elan etdikdən sonra “biz buna razı ola bilməzdik” deyə, hazırkı situasiyaya görə özünə bəraət qazandırmağa cəhd göstərdi.

Paşinyanın bu sözü isə bizim üçün çox mühümdür: İlham Əliyev heç bir diplomatik görüşdə, bağlı qapı arxasında, danışıqlarda Azərbaycanın milli maraqlarından bir addım belə geri durmur, ölkəmizin maraqlarını tələblə səsləndirir və böyük siyasi iradə ortaya qoyur.

Düşmən özü belə etiraf etdi ki, İlham Əliyev Vətəni, dövləti və torpağı üçün heç bir güzəşt şərtlərini yaxına belə buraxmır: Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil!

İlham Əliyevin bütün xarici-daxili siyasəti illərlə bunun üzərində qurulub: Azərbaycanın ərazi bütövlüyü, Şuşa da daxil olmaqla, azərbaycanlıların öz yurd-yuvalarına qayıtması, Azərbaycanlı Qürurunun bərpası, ölkənin rifahı!

Paşinyanın dünənki isterikasında bu istiqamətdə İlham Əliyevin nələrə nail olduğu açıqca görünürdü...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR