dini radikalizm və ekstremizmlə mübarizə

"Baş verənləri yaxından izləyirik" - Pompeo

Baxış Sayı:62


“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə sadiq qalır”.

KONKRET.az-ın xəbərinə görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo mətbuat brifinqində deyib.

“Biz tərəfləri atəşkəslə bağlı götürdüyü öhdəliklərə sadiq qalmağa və mülki əraziləri hədəf almamağa çağırırıq. Bu sabah mən Prezident Trampla bu vəziyyət barədə danışdım. Baş verənləri yaxından izləyirik. ABŞ digər ölkələr kimi tərəflər arasında atəşkəsin bərpası ilə bağlı çağırış edib. Biz mülki itkilərlə ağlı məlumatlar əldə etdik. Diplomatik imkanlardan istifadə edirik ki, atəşkəs əldə edilsin və münaqişə sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həll olunsun”, – deyə M. Pompeo vurğulayıb.APA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR