dini radikalizm və ekstremizmlə mübarizə

Mnatsakanyanın Moskvada bugünkü riyakar bəyanatı...

Mnatsakanyanın Moskvada bugünkü riyakar bəyanatı...

Bu gün Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşən Ermənistan XİN başçısı mediaya açıqlama verib.

Axar.az xəbər verir ki, görüşdən sonra baş tutan mətbuat konfransında Zöhrab Mnatsakanyan Dağlıq Qarabağın hazırda “təhdid altında” olduğunu uydurub.

Z.Mnatsakanyan, həmçinin “atəşkəsi yoxlama mexanimzlərindən” Azərbaycan tərəfinin imtina etdiyini deyib:

“Bu təklifdən imtina edən Ermənistan tərəfi, yaxud Dağlıq Qarabağ tərəfi deyil. Ona görə də mən Ermənistanın və ya Qarabağın ünvanına hansısa ittihamları qəbul edə bilmərəm”, – deyə Mnatsakanyan deyib.

O, bir daha elan edib ki, Ermənistan “Dağlıq Qarabağın” təhlükəsizliyinin qarantı olaraq qalır.

Mahiyyət də elə burdadır: əvvəla, Ermənistan hakimiyyəti Gəncədə törətdiyi hərbi cinayətin məsuliyyətini daşımaqdan imtina edir və ittihamları qəbul etmir, buna müxtəlif riyakarlıqla don geyindirməyə çalışır.

Digər tərəfdən, hələ də Dağlıq Qarabağı “tərəf” olaraq adlandırmaqda davam edir – baxmayaraq ki, 10 oktyabr humanitar atəşkəsi zamanı Azərbaycan öz şərtlərini elan etmişdi. Eyni zamanda, Dağlıq və Aran Qarabağı işğal etməsini pərdələmək üçün guya Ermənistanın “qarant ölkə” rolunda çıxış etdiyi yalanını yaymaqdan da geri durmur.

Yenidən Rusiyanın qanadları altına sığınan Ermənistan hakimiyyəti atəşkəsin ilk günündəcə Gəncəyə, dinc Azərbaycan əhalisinə zərbə endirməklə, digər tərəfdən əvvəlki ritorikasını “bərpa edib” və atəşkəsin sülh danışıqları prosesinə çevrilməsinin qarşısını birdəfəlik aldı.

Oxunub: 371
Oxşar xəbərlər
SON XƏBƏRLƏR