dini radikalizm və ekstremizmlə mübarizə

Nikol hansı güzəştə hazırdır? Nə deyir axı? - Arkov

Baxış Sayı:66

Nikol hansı güzəştə hazırdır? Nə deyir axı? - Arkov

Ermənistanım Baş naziri Nikol Paşinyanın "güzəşt" anlayışına konkret olaraq nəyin daxil olduğu tam aydın deyil. Əgər İrəvan döyüşlər zamanı itirilən əraziləri rəsmi Bakıya "güzəşt etməyə" hazırdırsa, onlar artıq Azərbaycanın nəzarətindədir. Azərbaycan bu əraziləri yenidən müzakirə etmək üçün azad etməyib.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq, PolitRUS şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov deyib.

Onun sözlərinə görə, söhbət ən azından Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi yeddi Azərbaycan rayonunun rəsmi Bakının nəzarəti altına qaytarılmasından getməlidir:

“İrəvan buna hazır olduğunu elan edərsə, qarşılıqlı “güzəşt” olaraq (Paşinyanın terminologiyasına görə) rəsmi Bakıdan müstəsna olaraq humanitar məqsədlər üçün yeni Laçın dəhlizi yaratmasına razılıq gözləyə bilər. Şəxsən mən birinci dəfə deyil ki, bunun zəruriliyi barədə danışıram. Əgər Paşinyan “Dahi Nikol” olmaq və xarici torpaqları ələ keçirmək əvəzinə Ermənistanın əvvəlki liderlərinin bağladığı müqavilələri yerinə yetirsəydi, bu gün dinc insanlar ölməzdi, özü isə mümkün olan hər kəsdən kömək istəmək məcburiyyətində qalmazdı”.

Rusiyalı ekspert vurğulayıb ki, sülh danışıqlarının bərpası üçün rəsmi Bakının "təhlükəsizlik kəməri" adlandırılan rayonlarını geri qaytarmaq kifayət deyil:

“Bunun üçün Dağlıq Qarabağ ərazisindən özünü “dqr müdafiə ordusu”nun hərbi qulluqçuları kimi tanıdan erməni hərbçiləri, həmçinin bütün döyüş texnikası çıxarılmalıdır. Yalnız bu şərtlə bölgəyə sülhün qaytarılmasından söhbət gedə bilər və Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlara başlamaq mümkün olar. İçimdə bir hiss var ki, bu danışıqları artıq Paşinyan aparmayacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR