dini radikalizm və ekstremizmlə mübarizə

"Ermənilərin mülki əhalimiz arasında vahimə yaratmaq niyyəti baş tutmadı" - POLKOVNİK

"Ermənilərin mülki əhalimiz arasında vahimə yaratmaq niyyəti baş tutmadı" - POLKOVNİK

Ön xətdəki hərbi hissələrdə hərbçilərimiz arasında böyük ruh yüksəkliyi, döyüş əzmi, qələbəyə sonsuz inam mövcuddur. Sarsıdıcı həmlələri ilə düşmən ordusunu darmadağın edən, onları geri çəkilməyə, hərbi texnika və silahları atıb qaçmağa məcbur edən əsgərlərimiz uğurla irəliləməkdə, yeni mövqeləri, yüksəklikləri azad etməkdədir.

KONKRET.az xəbər verir ki, bu barədə cəbhənin ön xəttində hərbçilərimizlə görüşən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, əsgərlərimizlə yanaşı, cəbhəyanı bölgədə məskunlaşan sakinlər arasında da yüksək əhval-ruhiyyə mövcuddur. İnsanlar ordumuzla həmrəylik, əsgərlərimizlə bir yerdə olduqlarını nümayiş etdirir, orduya dəstək olmaq üçün əllərindən gələni əsirgəmirlər. C.Xəlilov bildirib ki, vətəndaşlarımız arasında vahimə mühiti yaratmaq məqsədilə düşmənin həyata keçirdiyi təxribatlar, yaşayış məntəqələrinin, mülki obyektlərin raket zərbələrinə məruz qoyması insanlarımızı qorxutmur, onların düşmənə nifrətini, mübarizə əzmini daha da artırır, öz torpağını inamla müdafiə etməyə sövq edir.

“Bu gün terrorçu Ermənistanın raket zərbələrinə məruz qalan cəbhəyanı bölgələrdə vətəndaşlarımız evlərini tərk etməyib. Bu, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə xalqın dəstəyinin, Azərbaycan Ordusuna olan sevgi və inamın göstəricisidir. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır. Əminəm ki, qısa zamanda ordumuzun uğurlu əks-hücumu nəticəsində işğaldakı digər ərazilərimiz də azad ediləcək və ordumuzun hərbi əməliyyatları tariximizin ən qürurverici səhifələrindən birinə çevriləcək”, – deyə polkovnik C.Xəlilov vurğulayıb.

Oxunub: 365
Oxşar xəbərlər
SON XƏBƏRLƏR