dini radikalizm və ekstremizmlə mübarizə

"Ermənistan təslim olub, geri çəkilərsə, biz əməliyyatları dayandıra bilərik" - Fazil Mustafa

"Ermənistan təslim olub, geri çəkilərsə, biz əməliyyatları dayandıra bilərik" - Fazil Mustafa

“Ermənistan təslim olub, geri çəkilərsə, biz əməliyyatları dayandıra bilərik”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Fazil Mustafa bildirib.

O, qeyd edib ki, bu gün beynəlxalq təşkilatların bəyanatlar verməsi normaldır, çünki onların himayə etdiyi Ermənistan Azərbaycan ordusundən ağır zərbələr alır:

“Əgər onlar əməliyyatların dayandırılmasını istəyirlərsə, ilk olaraq işğala son qoysunlar. Ermənistana işğalı dayandırması üçün öz tövsiyələrini versinlər. Torpaqlarımızda qalmaqda israrlıdırlarsa, biz nə etməliyik? Mütləq sona kimi gedib, bu məsələni həll etməliyik”.

Milli Məclisin üzvü vurğulayıb ki, heç bir beynəlxalq təşkilatların və dövlətlərin Azərbaycana hər hansı bir tövsiyə vermək üçün mənəvi haqları yoxdur:

“Özlərinin ərazilərində bir qarış torpaq qırağa düşəndə hay-həşirləri aləmi götürür. Onlar razı olarlarmı, torpaqları işğal olunsun? Əlbəttə yox. Belə olan təqdirdə biz necə torpaqlarımızın işğalı ilə barışa bilərik. Ona görə də verilən bəyanatlar mənasızdır. Biz öz işimizə baxmalıyıq. Torpağımızı qorumaq haqqımız var. Beynəlxalq hüquq da bunu bizə diqtə edir, çünki onu pozmuruq. Birbaşa Azərbaycan dövlətinin və xalqının mənafeyinə uyğun addımlar atırıq. Bəyanat verənlər gəlib öncə beynəlxalq hüquq normalarını bərpa etsinlər. İşğalçı haqqında tutarlı addımlar atsınlar. Ya da BMT-nin nizamnaməsinə yazsınlar ki, istənilən dövlət kefi istəyəndə istədiyi ölkənin ərazisini işğal edə bilər. Bunu yazsınlar ki, hər kəs özbaşına çarə qılsın”.

Oxunub: 562
Oxşar xəbərlər
SON XƏBƏRLƏR