dini radikalizm və ekstremizmlə mübarizə

“Yaralı əsgərlərimiz tez sağalıb döyüşə qayıtmağa can atırlar” - Millət vəkili

“Yaralı əsgərlərimiz tez sağalıb döyüşə qayıtmağa can atırlar” - Millət vəkili

“Torpaqlarımızın işğaldan azad olması uğrunda döyüşlərdə yaralanan hərbçilərimiz tez sağalmaq və döyüş xəttinə yollanmaq üçün can atırlar”.

KONKRET.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkədəki hesabında yazıb.

Deputat yaralı hərbçilərimizi ziyarət etmək üçün dünən axşam Hərbi Hospitalda olduğunu bildirib:

“Hospitalın rəisi bildirdi ki, döyüşlərdə yaralanan hərbçilərimiz müalicədən sonra yenidən cəbhə xəttinə qayıdırlar. Onların arasında yenidən döyüş xəttinə qayıtmaq və əsgər dostlarının yanında olmaq üçün yüksək əhval- ruhiyyə var. Çox qürurverici haldır, əsgərlərimiz tez sağalmaq və yenidən döyüş xəttinə qayıtmağa can atırlar. Bu, Azərbaycan ordusundakı yüksək əhval-ruhiyyə və vətənpərvərlik səviyyəsini əyani şəkildə təsdiq edən faktdır. Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza, erməni işğalına son qoyulacağına inanırıq. Bizim işimiz haqq işidir!”

Oxunub: 497
Oxşar xəbərlər
SON XƏBƏRLƏR