dini radikalizm və ekstremizmlə mübarizə

Bayden: "Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasından çox narahatam"

Baxış Sayı:25


ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd Cozef Bayden Dağlıq Qarabağdakı gərginliyin bölgədə daha geniş qarşıdurmaya çevrilə biləcəyini düşünür.

APA “TASS”-a istinadən xəbər verir ki, o, hazırkı Amerika rəhbərliyini atəşkəs üçün tədbirlər görməyə çağırıb. Bu barədə siyasətçinin bazar günü verdiyi açıqlamada deyilir.

“Mən Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasından çox narahatam və təcili olaraq gərginliyin azaldılmasına, atəşkəsə və Ermənistanla Azərbaycan arasında danışıqların bərpasına çağırıram”, - Bayden belə deyib.

Onun sözlərinə görə, ABŞ “təmas xəttində daha çox müşahidəçinin yerləşdirilməsinə nail olmalı”, eyni zamanda Rusiyanı “hər iki tərəfə silah tədarükünü” dayandırmağa çağırmalıdır.

Prezidentliyinə namizədin fikrincə, Vaşinqton “təhlükəsizliyin təmin edilməsinə yardım proqramlarını da gözdən keçirməlidir” ki, “hücum məqsədləri üçün heç bir silahlanmadan istifadə olunmasın”. Bayden münaqişənin sülh yolu ilə həlli və etimadın möhkəmləndirilməsi məqsədilə tədbirlərin görülməsi üçün hazırkı ABŞ Prezidenti Donald Trampın administrasiyasını “ATƏT-in Minsk Qrupunun həmsədrləri, Fransa və Rusiya ilə diplomatik əlaqəni gücləndirməyə” çağırıb. Onun fikrincə, Dağlıq Qarabağdakı hərbi əməliyyatlar “bölgədə daha geniş bir münaqişəyə çevrilə bilər”. O, həmçinin “bölgədəki üçüncü tərəfləri münaqişəyə qarışmamağa” çağırıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR