dini radikalizm və ekstremizmlə mübarizə

Stoltenberq: “Türkiyə və Yunanıstan arasında aparılan danışıqlarda müsbət irəliləyiş var”

Baxış Sayı:75

Stoltenberq: “Türkiyə və Yunanıstan arasında aparılan danışıqlarda müsbət irəliləyiş var”

“Şərqi Aralıq dənizindəki böhranla əlaqədar Türkiyə və Yunanıstan arasında aparılan texniki danışıqlarda müsbət irəliləyiş var”.

APA-nın xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İspaniyanın Baş Naziri Pedro Sançezlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Bu görüşlər davam edir və müsbət irəliləyişlər əldə olunur. Bunlar texniki hərbi danışıqlardır. Görüşlərin yarısı NATO-nun qərargahında keçirilib. Məqsəd dənizdə və ya havada insident və qəzaların qarşısını almaq məqsədi ilə dekonflikasiya mexanizmi yaratmaqdır”, - deyə Y. Stoltenbeq bildirib.


NATO Baş katibi iki ölkə arasında kəşfiyyat danışıqlarının başladılmasını da alqışlayıb: “Onlar əsas narazılığı həll etmək üçün Almaniyanın rəhbərlik etdiyi diplomatik səylərə dəstək verdilər. Almaniyanın diplomatik səyləri dünən kəşfiyyat danışıqların başlamasına razılığın verilməsinə gətirib çıxardı və mən bunu alqışlayıram”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR