dini radikalizm və ekstremizmlə mübarizə

Trampa zəhərli məktub göndərdi və onu “təlxək” adlandırdı – TƏFƏRRÜAT

Baxış Sayı:50

Trampa zəhərli məktub göndərdi və onu “təlxək” adlandırdı – TƏFƏRRÜAT

ABŞ Prezidenti Donald Trampa zəhərli məktub göndərməkdə şübhəli bilinən 53 yaşlı Paskal Ferye onu qarşıdakı seçkilərdə namizədliyini geri götürməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Assotiated Press xəbər agentliyi məhkəmə materiallarına istinadən məlumat yayıb.

Göndərilən məktubda Ferye Trampı “çirkin və zalım təlxək” adlandırır, bu seçkidə namizədliyini geri götürməsini tələb edir.

Məktubda deyilir: “Buna görə qərar qəbul etməyiniz üçün sizə “xüsusi bir hədiyyə” verdim. Bu hədiyyə bu məktubdadır. Alınmasa, effektiv zəhərli dərman tapacağam və ya silahdan istifadə edəcəyəm”.

Kanadanın Kvebek əyalətinin sakini olan Ferye ABŞ-Kanada sərhədində tutulub və 22 sentyabrda Nyu-Yorkun Buffalo şəhərində federal məhkəmə qarşısına çıxıb.

O, prezidentə hədə-qorxu gəlməkdə ittiham olunur.

ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, Kanadadan da göndərilən altı oxşar məktub sentyabr ayında Texasda ələ keçirilib. Onlarda Feryenin barmaq izləri tapılıb.

Bu məktublar Trampa ünvanlanan məktubla eyni dili ehtiva edib və Feryenin 2019-cu ildə cəzasını çəkdiyi qurumlarla əlaqəli insanlara göndərilib.

Ferye qanunsuz silah saxlamaq və dövlət qeydlərini saxtalaşdırmaq ittihamı ilə 2019-cu ilin martında Texasın Hidalgo County həbsxanasında saxlanılıb.

Xatırladaq ki, tərkibində riçin zəhəri olan bir məktub ABŞ prezidenti Donald Trampa göndərilib. Bağlama hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Daha sonra şübhəlinin tutulması barədə məlumat verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR