dini radikalizm və ekstremizmlə mübarizə

"Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir" - PARTİYA SƏDRİ

Baxış Sayı:43

"Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir" - PARTİYA SƏDRİ

“Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir”.

Bunu KONKRET.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O, qeyd edib ki, Əli Həsənov və övladları ölkədə deyil: “Onlar üçün Azərbaycan yox dərəcəsindədir. Hazırda xaricdə sərvətlərini yeməklə məşğuldurlar. Bu gün hər bir azərbaycanlı hərbi borcunu yerinə yetirir. Düşünürəm ki, bu məsələdə bərabərlik prinsipi gözlənilməlidir”.

Hafiz Hacıyev vurğulayıb ki, Əli Həsənovun oğlu da təlimlərə cəlb edilməlidir:

“Təəssüf ki, bu gün o, ölkədə deyil. Dünyanın ən gözəl guşələrində istirahətdədir. Dövlətimizin qorunması bu gün vətən sevənlərin çiyinlərindədir. Onlar isə dövlətin milyardlarını oğurlayıb, yeyirlər. Ona görə də Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir. Hər kəs lazım gələrsə, vətən uğrunda şəhid olmalıdır. Əli Həsənovların, Ramiz Mehdiyevlərin qohumları da təlimlərdə iştirak etməlidir. Niyə də getməsin. Təəssüf ki, bu gün onların hər biri başqa ölkələrdə kef içindədir. Zamanı gələndə xalq onlara öz yerini göstərəcək”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR