dini radikalizm və ekstremizmlə mübarizə

Xarici İşlər Nazirliyindən MODERN.AZ əməkdaşına təşəkkür

Xarici İşlər Nazirliyindən MODERN.AZ əməkdaşına təşəkkür

Gənc jurnalist, Modern.az-ın əməkdaşı Leyla Şahın “Azərbaycan xarici səfirlərin gözü” ilə kitabı çapdan çıxıb.

Kitabda jurnalistin Modern.az-da dərc edilən Fransa, Cənubi Koreya, Misir, Hindistan, Səudiyyə Ərəbistanı, Xorvatiya, Çexiya Respublikası kimi ölkələrin Azərbaycandakı səfirlərinin, həmçinin BMT, USAID kimi təşkilatların Azərbaycandakı rəhbər şəxslərinin ölkəmizlə bağlı fikirləri yer alıb.

Həm Azərbaycan, həm də ingilis dillərində çap olunan diplomatik, eyni zamanda da, siyasi çəkisi olan bu kitabda ölkələrarası münasibətlər fonunda xarici səfirlərin və onların təmsil etdikləri dövlətlərin Azərbaycanın bugünkü inkişafına münasibəti təsvir olunub.

Kitabla bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi jurnalist Leyla Şaha təbrik və təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Leyla xanım,



Öncə “Azərbaycan xarici səfirlərin gözü ilə” adlı kitabınızın işıq üzü görməsi münasibətilə sizi təbrik edir, bir nüsxəsini də bizə hədiyyə etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk.



Kitabınız müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlərinin və diplomatlarının ölkəmiz barəsində fikirləri, ikitərəfli əlaqələrimizlə bağlı düşüncələri və gələcək planları barədə məlumat almaq baxımından həm çox maraqlı, həm də faydalıdır. İnanırıq ki, kitabınız oxucular tərəfindən maraqla qarşılanacaqdır.

Sonda sizə dəyərli hədiyyəniz üçün bir daha təşəkkür edir və uğurlarınızın davamını diləyirik.


Hörmətlə,

Leyla Abdullayeva

Azərbaycan Respublikası

Xarici İşlər Nazirliyinin

Mətbuat Xidmətinin rəhbəri”.

Oxunub: 415
Oxşar xəbərlər
SON XƏBƏRLƏR