dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan çalışacaq ki, nazirlərin görüşündə razılıq olmasın - POLİTOLOQ

Paşinyan çalışacaq ki, nazirlərin görüşündə razılıq olmasın - POLİTOLOQ

Xəbər verdiyimiz kimi Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin 16 sentyabr iclasında deputatların suallarını cavablandırarkən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşəcəyini bildirib. Bundan əlavə o, bu məsələ ilə bağlı hələlik konkret qərar verilmədiyini də bildirib.

Bununla bağlı KONKRET.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli dalana dirənib:

“Yenidən danışıqların başlaması istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrləri Parisdə bir araya gələrək Azərbaycan-Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqları apardılar və qısa müddətdə tərəflərin şərtsiz danışıqlar aparılması təklifini irəli sürdülər. Azərbaycan və Ermənistan tərəfi bu təkliflə razılaşıb. Əsas məsələ ondan ibarətdir ki, hazırda Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərdə yeni qoşun hərbi bölmələri yığır. Həmçinin burada qanunsuz hərbi birləşmələr yaradır. Bundan əlavə Liviyadan və Suriyadan yeni erməni ailələrini köçürərək yeni demoqrafiq siyasəti aparır. Əlbəttə bu, Azərbaycanı narahat edir. Belə çıxır ki, Ermənistan tərəfi heç bir danışıqlara maraqlı deyil. Danışıqlara gəlsə də əvvəlki illərdəki kimi müxtəlif yollarla mövcud vəziyyəti uzadacaq. Azərbaycan bundan narahatdır. Hesab edirik ki, Ermənistan məskunlaşdırma siyasətini dayandırmalı, atəşkəsi pozmamalı, təxribatlara əl atmamalıdır”.

Politoloq qeyd edib ki, xarici işlər nazirlərinin görüşü Tovuz döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda yeni mərhələ olacaq:

“Bu danışıqlar münaqişənin son 3 ayda hansı istiqamətdə davam edəcəyini göstərəcək. Düşünürəm ki, danışıqlar baş tutarsa burada Azərbaycan-Ermənistan liderlərinin görüşləri barəsində də razılıq əldə edilsin. Amma məsələnin bir tərəfi də var ki, Ermənistan çalışacaq ki, yenidən razılığa getməsin. Yalnız belə bir formatla status-kvonu qorusun. Hər hansı bir irəliləyişin qarşısını alsın. Danışıqlar masasında hər hansı razılığa gəlinəndə Ermənistan sabotaja əl atır. Ona görə də Azərbaycan tərəfi belə bir danışıqlardan narazıdır. Dəfələrlə demişəm ki, bu danışıqlar məzmunlu və substantiv olmalıdır. Azərbaycan bu mövqeyində qalmalı, ilkin şərt kimi Ermənistan məskunlaşmanı dayandırmalı, işğal olunmuş ərazilərimizdən hərbi qoşun növlərini çıxartmalıdır. Ondan sonra Azərbaycan danışıqlara başlamalıdır. Yoxsa əvvəlki kimi danışıqlara getsə proseslərdə status-kvo yenidən qorunacaq. Bu da Ermənistanın lehinə işləyir. Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşlərindən müsbət nəticə gözləmirəm. Hazırda Türkiyə Azərbaycanın yanındadır. Ən önəmlisi ölkəmiz diplomatik və hərbi cəhətdən xeyli güclənib”.

Oxunub: 534
Oxşar xəbərlər
SON XƏBƏRLƏR