dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə XİN: Avropa Parlamenti Baş Assambleyasının Türkiyəyə verdiyi tövsiyə eqoist maraqlara xidmət edir

Baxış Sayı:87

Türkiyə XİN: Avropa Parlamenti Baş Assambleyasının Türkiyəyə verdiyi tövsiyə eqoist maraqlara xidmət edir

“Avropa Parlamenti Baş Assambleyasında Türkiyə ilə əlaqədar 17 sentyabr 2020-ci il tarixli qeyri-real tövsiyə qərarı yalnız Avropa İttifaqına üzv ölkələrin həmrəyliyi və bəzi üzv dövlətlərin eqoist maraqlarına xidmət etmək üçün qəbul olunub”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyindən yayılan açıqlamada belə bildirilib.

Qeyd olunub ki, verilən birtərəfli qərar həqiqəti əks etdirmir. Avropa Parlamenti qərəzli və ədalətsiz münasibəti və səlahiyyətinin olmadığı dəniz qanununun etibarsız, birtərəfli şərhləri ilə nüfuzunu itirir: “Nə AP, nə Aİ, nə də Aİ üzvü olan ölkələrin üçüncü ölkələrin sərhədlərini təyin etmək səlahiyyəti yoxdur. AP və digər Aİ qurumları Şərqi Aralıq dənizi probleminin həllində səmimidirlərsə, yalnız vasitəçi və barışdırıcı mövqedə olmalıdırlar”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR