dini radikalizm və ekstremizmlə mübarizə

“Azərbaycan hərbi əmliyyatlara başlayarsa, ABŞ mane olacaqmı?” - EKSPERTDƏN AÇIQLAMA

“Azərbaycan hərbi əmliyyatlara başlayarsa, ABŞ mane olacaqmı?” - EKSPERTDƏN AÇIQLAMA

İyulun 20-də ABŞ Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalını tanıdı. Belə ki, ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edilib. Bu düzəliş Dağlıq Qarabağ münaqişəsinə necə təsir edəcək?

Bununla bağlı KONKRET.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, ABŞ Konqresinin son qətnaməsi Azərbaycan üçün önəmlidir. Qətnamə tək Azərbaycanla bağlı olmadı. Azərbaycan, Ukrayna, Moldova, Gürcüstanın da ərazi bütövlüyü də qeyd edildi. Erməni lobbisinin istədiyi baş tutmadı. İlk dəfə idi ki, erməni lobbisinə ABŞ Konqresində bu cür ciddi zərbə dəydi. Amma ABŞ Konqresinin qəbul etdiyi bu qətnamə o demək deyil ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə yardımçı olacaq. Məncə əgər ABŞ Konqresi Azərbaycanın ərazi bütövlüyünü vurğulayırsa, biz torpaqlarımızı işğaldan azad edən zaman konqres gərək dövlətimizin əleyhinə hər hansı bir qətnamə qəbul etməsin”.

Oxunub: 372
Oxşar xəbərlər
SON XƏBƏRLƏR