dini radikalizm və ekstremizmlə mübarizə

Zakir Həsənovla Sergey Şoyqu arasında telefon danışığı olub


Azərbaycan və Rusiya Müdafiə nazirləri Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, müdafiə nazirləri Cənubi Qafqaz regionunda ümumi vəziyyəti müzakirə ediblər.

Nazirlər Şoyqu və Həsənov gündəlikdə duran ikitərəfli aktual məsələləri, o cümlədən 2020-ci ilin avqustunda keçirilməsi planlaşdırılan "Ordu 2020" beynəlxalq hərbi oyunları və “Ordu 2020” hərbi texniki forumuna hazırlığa dair məsələləri müzakirə ediblər.

Ordu generalı Sergey Şoyqu azərbaycanlı həmkarını Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə qoşunların döyüş hazırlığının yoxlanılmasına başlanılması barədə də məlumatlandırıb.

Oxunub: 508
Oxşar xəbərlər
SON XƏBƏRLƏR