dini radikalizm və ekstremizmlə mübarizə

Elmar Məmmədyarov şok faktları açıqladı – Müsahibə

Elmar Məmmədyarov şok faktları açıqladı – Müsahibə

Kult.az Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovla xəyali müsahibəni təqdim edir:

- Elmar müəllim, ölkədə müharibə gedərkən Prezident İlham Əliyev sizi axtarsa da, tapa bilməyib. Bu barədə nə deyə bilərsiniz?

- Eeeee.... Məlumunuzdur pandemiya sektorial olubdur. Münasibətlə bu mən işləmək evdən. Eeee... Bilirsiz ki, vacibdir üzə əlcək, ələ maska taxmaq, spirtlə yaxalanmaq. Sonra da qanunsuzluqlar edib, DTX-yə yaxalanmaq. Mən mübarizə aparmaq CAVİD-19-la da, CAVİD-20 ilə də.

- Yəqin, COVİD-19 virusunu deyirsiniz.

- E.. eee.. eee.. COVİD-19 ingiliscədir. Xahiş edirəm çox-çox, hörmət edək dilimizə. Bizim dilcədə bu söz CAVİD-dir. Eeeee... ııııı... Nu onun dalısınca hansı rəqəmi istəyirsiz qoşmaq, buyurun sizə məxsus seçim.

- COVİD demişkən, cənab Prezident dedi ki, Ermənistan XİN rəhbəri Mnatsakanyanla Qarabağ danışıqları əvəzinə koronavirus haqda söhbətləşmisiniz.

- Eeeeee... Bildiyiniz kimi, korona da bir işğalçı və mən işğalçı ilə bu virus haqda danışaraq ermənilərə verirdim ona şok mesaj. Mənim siktorial sözlərim edirdi Mnatsakanyanın boş başını masaj. Eeee... Mən düşünürdüm, əvvəlcə biz məğlub edək CAVİD-i, sonra sərək yerə Mnatsakanyanın meyitin. Azad edək Qarabağı ATƏT-in Parlamanet Təşəbbüskarlığı qurumunun durumunu.

- Xalqımızın Orduya dəstək yürüşü haqda nə deyə bilərsiniz?

- (düşünür)... Mən hansısa hərf deməliydim burda...

- Elmar müəllim, bu hərfi – eeee...

- Ay çox sağ olun... Dayanın, deyim: Eeeee.... Bilirsiz, mən Orduya dəstək olmaq baxıram. Eeee.

- Bu illər ərzində Qarabağ danışıqlarında passiv mövqe sərgilədiyinizi düşünürsünüzmü?

- Düşünmək??? Eeee... Mən evdən işləyirəm. Dedim, Baş nazir Əsəd Əliyevə... ıııı, Əli Əsədova. Vopşem, ikisinə də dedim bunu. Sonda mən demək istəmək ki, Qarabağ bizimdir, bizim olacaq. Uğur arzulayıram yeni XİN rəhbərimizi Ceyxuna.

- Elmar müəllim, bildiyiniz kimi Tovuzda şiddətli döyüşlər gedir. Ordumuz düşmənə ağır cavab zərbələri endirir. Bundan sonra bir vətəndaş kimi bu istiqamətdə nə kimi işlər görəcəksiniz? Axı sizin xariclə əlaqələriniz var. İstərdik, bir neçə kəlmə də bu haqda danışasınız.

- Eeeee, bilirsiniz, ıııı....

- Bu qədər?

- Xeyr, oooo...

- Təşəkkür edirik dəyərli fikirləriniz üçün.

Qeyd: Xəyali müsahibə məqsəd bir neçə dəqiqədir sabiqə çevrilən nazirimizin şəxsi nüfuzuna xələl gətirmək yox, sadəcə, bu gərgin günlərdə insanların üzündə təbəssüm yaratmaqdır.

Oxunub: 395
Oxşar xəbərlər
SON XƏBƏRLƏR