dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışığı olub

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, V. Gerasimovla Y. Gülər Suriya və Liviyadakı hazırkı vəziyyəti müzakirə ediblər.

Bundan başqa, Baş Qərargah rəisləri Rusiya və Türkiyənin hərbi qurumları arasında əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparıblar.

Oxunub: 483
Oxşar xəbərlər
SON XƏBƏRLƏR